Niderlanddakı turizm sərgisində ermənilərə qadağa qoyulub
Tarix: 17.01.2020 | Saat: 12:00:00 | E-mail | Çapa göndər


Avropa Azərbaycanlıları Media Qrupu və Niderland Belçika Azərbaycanlıların Koordinasiya Şurasının erməni separatçılarına qarşı birgə fəaliyyəti öz nəticəsini verib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bu il Niderlandın Utruxt şəhərində keçirilən Beynəlxalq turizm sərgisində ermənilər Azərbaycanın işğal olunmuş torpaqlarını öz əraziləri kimi göstərə bilməyiblər və Ermənistan stendində həmin divarlar boş qalıb.

Sərgi kompleksinin rəhbərliyindən bildirilib ki, keçən il ermənilər tərəfindən yaranan problemlə təkrar qarşılaşmaq istəməyiblər. Odur ki, ermənilərin turizm şirkətlərinə Dağlıq Qarabağa aid hər hansı xəritə, bayraq nümayiş etdirilməsi, ərazinin müstəqil respublika və ya erməni ərazisi kimi göstərilməsi qəti qadağan edilib. Hətta stenddə bukletlərin arasında aşkarlanmış Dağlıq Qarabağ xəritəsi müsadirə edilib və bu məsələyə ciddi nəzərət olunması tapşırılıb.
Xatırladaq ki, ötən il Utrext şəhərində keçirilən turizm sərgisində ermənilərin nümayiş etdirdikləri coğrafi xəritədə Dağlıq Qarabağın Ermənistan ərazisi kimi göstərilməsi təxribatını Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev aşkarlamışdı. Diaspor fəallarımız ermənilərin təxribatına sərt etiraz edərək, həmin xəritənin yığışdırılmasına nail olmuşdular. Soydaşlarımız Dağlıq Qarabağın Azərbaycanın əzəli, əbədi torpağı olduğunu və Ermənistan tərəfindən işğal edildiyini sərgi rəhbərliyinin və iştirakçılarının diqqətinə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
24.02.2020
İranın Silahlı Qüvvələri koronavirusla mübarizəyə cəlb edilir
24.02.2020
Türkiyənin şərqində baş vermiş zəlzələdə yaralananların sayı 50-yə yüksəlib
23.02.2020
Tehrandakı Ermənistan səfirliyi fəaliyyətini dayandırdı
23.02.2020
Türkiyədə zəlzələ nəticəsində 8 nəfər ölüb, 20-dən çox yaralı var
23.02.2020
Abdullah Ağar: Rusiya və Türkiyə savaşın bir addımlığındadır

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
5 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info