Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
Tarix: 17.01.2020 | Saat: 12:05:00 | E-mail | Çapa göndər



Şəmkir rayonunun Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, yerli əhəmiyyətli Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayramlı avtomobil yolunun 20 kilometrlik hissəsi III, 12,9 kilometrlik hissəsi isə IV texniki dərəcəli olmaqla uzunluğu 32,9 kilometrdir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulub, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlib, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda torlar və çalalar yaranıb. Bundan başqa mövcud suötürücü boruların başlıqları istismara yaramadığından, yeni suötürücü boruların quraşdırılması, küvetlərin açılması tələb olunurdu.

Sadalanan problemlərin aradan qaldırılması üçün hazırda avtomobil yolu 3 istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə yenidən qurulub. Bu, 20 kilometr uzunluğa malik yerli əhəmiyyətli Şəmkir-Zəyəm-Düyərli, həmçinin 7,9 kilometrlik Zəyəm-Şiştəpə və 5 kilometrlik Bayramlı avtomobil yollarıdır.

Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayramlı avtomobil yolunun Şəmkir-Zəyəm-Düyərli hissəsində III texniki dərəcəyə uyğun olaraq mövcud asfalt-beton örtüyü mexanizmlə sökülüb daşınıb, yolun texniki parametrlərinin bərpası üçün xüsusi qrup qrunt tökülərək yayılıb, torpaq yatağının relyefdən aşağı olan hissəsinin qaldırılması üçün torpaq yatağı karxana çınqılı inşa edilib, düyərli kəndinin içərisində və yolboyu yerləşən, suvarma üçün olan köhnə metal borular sökülərək əvəzinə yeni 288 poqonmetr metal və dəmir-beton borular quraşdırılıb.

Bundan başqa, yolun Şəmkir-Zəyəm-Düyərli hissəsində yol əsasının karxana çınqılı və optimal qum-qırmadaş qarışığı ilə inşası işləri aparılıb, daha sonra yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Zəyəm qəsəbəsində 1,3 kilometr uzunluğunda yeni piyada səkiləri inşa edilib, kənarlarına səki daşları düzülüb. Layihə üzrə sözügedən hissədə Qanlı Qobu çayı üzərində 36,3 metr uzunluğunda olan 2 aşırımlı və Cəyirçay üzərində 54,3 metr uzunluğa malik 3 aşırımlı körpülər əsaslı şəkildə təmir edilib.

Analoji işlər yolun IV texniki dərəcəli 7,9 kilometrlik Zəyəm-Şiştəpə və 5 kilometrlik Bayramlı hissələrində də aparılıb. Belə ki, mövcud örtük mexanizmlə sökülüb, yolun normativ eninin alınması və deformasiyaya uğramış torpaq yatağının qazılmış hissələrinin doldurulması üçün xüsusi qrup qrunt tökülərək yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa edilib. Daha sonra yollar boyu layihədə nəzərdə tutulmuş qarışıqlardan yol əsasının inşası işləri aparılıb.

Buna paralel olaraq istismara yararsız borular çıxarılıb, əvəzinə müxtəlif diametrlərə malik 258 poqonmetr metal və dəmir-beton dairəvi suötürücü borular quraşdırılıb izolyasiya olunub, 4280 poqonmetr uzunluğunda olan küvetlər təmizlənib. Bu işlərin ardınca yolların asfaltlanması işlərinə start verilib və 300 min kvadratmetr sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Tikinti işlərinin sonuncu mərhələsində 14 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün isə sadalanan yollar boyu 158 yol nişanı, 1440 siqnal dirəkləri, həmçinin 66 kilometr yol göstərici quraşdırılıb, yolun üfüqi nişanlanma xətləri çəkilib.

Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışıb.

Qeyd edək ki, Şəmkir-Zəyəm-Düyərli, Zəyəm-Şiştəpə və Bayramlı avtomobil yollarının yenidən qurulması ilə 85 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşıb, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edib, yük və sərnişin daşıması xeyli asanlaşıb.




 
Bölməyə aid digər xəbərlər
21.02.2020
Gədəbəydə “ASAN Xidmət” modeli yaradıldı
21.02.2020
İcra Hakimiyyəti: Bu il Sumqayıtda 2 uşaq bağçası inşa ediləcək
20.02.2020
Ötən il Astarada 1900 yeni iş yeri açılıb
19.02.2020
Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb
19.02.2020
AAYDA-də ənənəvi qanvermə aksiyası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
5 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info