Regionlarda ingilis dilinin tədrisi təkmilləşdirilir
Tarix: 17.01.2020 | Saat: 13:58:00 | E-mail | Çapa göndər


"Speak Glocal" ingilis dilinin inkişafı məqsədilə yaradılmış yeni bir platformadır


"Biz şagirdlərdən deyil, müəllimlərdən başlamaq qərarına gəldik! ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə "Speak Glocal" adlı ilk layihədə ölkənin bütün regionlarından ingilis dili tədris edən 40 məktəb müəllimi 4 gün müddətində tədrisdə müasir metodologiyaların öyrənilməsi üzrə intensiv təlimlərdə iştirak edəcəklər. Məqsədimiz regionlarda ingilis dili tədrisinin təkmilləşdirilməsi və biliklərinin artırılmasıdır", - deyə layihənin rəhbəri Arzu Ağazamanova bildirir. Proqrama 300-dən çox müəllim müraciət edib və onlardan 40 nəfəri iştirakçı kimi qəbul olunub. Seçimin əsas meyarı bu müəllimlərin həm uşaqlara ingilis dili öyrətmək motivasiyası, həm də öz həmkarları ilə tədris metodikası biliklərini bölüşmək istəyi idi.
“Bu çətin seçim idi, çünki hər kəsə dəstək olmaq istəyirdik. Aldıqları bilikləri digər şagird və müəllimlər ilə paylaşmağa hazır olmaqları bizim üçün ən mühüm meyar oldu. Bəli, biz 40 nəfər iştirakçı seçmişik, lakin istəyirik ki, bu proqramın təsiri ən azı 400 nəfərə çatsın. Bunun üçün proqram iştirakçıları yeni biliklərin paylaşılması ehtiyacını hiss etməlidirlər", - deyə Arzu Ağazamanova davam edir. "Belə ki, iştirak üçün mütləq şərt müəllimin gələcəkdə öz həmkarlarına təlimlər keçməyə hazır olması idi. Biz onların hesabatlarını və ilk nəticələrini səbirsizliklə gözləyirik və fəxrlə bildiririk ki, onların bir çoxu artıq təlim keçmə təcrübəsinə malikdir”.
Bizi xüsusilə ilhamlandırmış bir neçə müəllimin hekayəsini diqqətinizə çatdırmaq istərdik:
Gülnar Qədimovanın 37 yaşı var. O, əslən Şəmkirdəndir, lakin Gədəbəy rayonunda Leşkər adlanan dağlıq ərazidəki məktəbdə çalışır. Həftədə bir neçə dəfə evindən iş yerinə qədər 55 km məsafəni qət edir. Leşkər dağlıq ərazi olduğu üçün yaşayış məntəqəsinə gedən yol, xüsusilə də qış aylarında təhlükəlidir, buna görə də, Gülnar müəllimə məktəbdə yeganə ingilis dili müəlliməsidir. "Hər dəfə sinfə girəndə öz ingilis dili biliklərimi uşaqlara çatdırmaq ehtiyacı duyuram. Mən bu dili çox sevirəm və ingilis dili mənim üçün bir növ hobbi olub", - deyə Gülnar müəllimə bizimlə bölüşür. Gülnar öz işini ürəkdən sevir, qarşısında sərhəd görmür və bununla da bizi ilhamlandırır.
Ən gənc iştirakçılardan biri Astara rayonundan olan Vəfa Nəzirovadır. Onun cəmi 26 yaşı var, 3 ildir ki, qürurla müəllim adını daşıyır. Vəfa Britaniya konsulluğu tərəfindən koordinator seçilmişdir və ayda bir dəfə o, bütün region müəllimlərinin görüşlərinə nəzarət edir. Bu cür görüşlər müəllimlər arasında təcrübə mübadiləsi və onların tədris metodikasının yaxşılaşdırılması məqsədilə keçirilir. Lakin Vəfa yalnız müəllim və şagirdlərlə deyil, həm də bir çox valideynlər ilə işləyir. O, valideynlər ilə, xüsusilə də qızların valideynləri ilə təhsilin və məktəbə getmənin əhəmiyyətli olması barədə söhbətlər aparır. Şənbə günləri isə onun təşəbbüsü ilə şagirdlər üçün təşkil olunan danışıq klubu fəaliyyət göstərir. Orada şagirdlər danışıq məqsədilə ingilis dili bacarıqlarını inkişaf etdirmək üçün filmlərə baxır və sonra onları müzakirə edirlər.
Gülşən Sadıqova Ağdamda anadan olub və orada məktəbi bitirib. Universiteti bitirdikdən sonra o, doğma yurduna qayıdıb və 2002-ci ildən öz məktəbində dərs deməyə başlayıb. Gülşənin dediyinə görə onun işində ən böyük çətinlik tədrisin özü deyil, valideynlərlə işləməkdir, çünki o, valideynləri uşaqları orta təhsili başa vurduqdan sonra təhsildən uzaqlaşdırmamağa razı salmağa çox vaxt sərf edir. Boş vaxtlarında o, aztəminatlı ailələrdən olan şagirdlərlə pulsuz məşğul olur və onlardan gələcəkdə uğur qazanmaqlarından başqa heç bir mükafat gözləmir: "Bəzən şagirdlərim mənə minnətdarlıq olaraq özlərinin becərdiyi tərəvəz və meyvələri gətirirlər. Bu, məni hər zaman çox təsirləndirir, çünki mən bunu heç vaxt gözləmirəm. Onlara deyirəm ki, onların uğuru mənim ən böyük mükafatımdır".
"Bunlar 40 hekayədən yalnız 3-dür və hər biri bizi ilhamlandırır. Ümid edirik ki, müəllimlərimizin "SpeakGlocal" platformasında alacaqları biliklər öz həmkarları ilə paylaşılma nəticəsində və onların birlikdə ingilis dilini daha çox şagirdə səmərəli tədris edə bilməsi sayəsində on qat artacaqdır. Xarici dil biliyi isə Azərbaycan gəncləri üçün yeni imkanlar və yeni üfüqlər deməkdir,”- deyə Arzu xanım proqramdan gözləntiləri barəsində bildirib.
“Speak Glocal” platformasının qurucusu Zara Hüseynova qeyd edir: "Bizim məqsədimiz hər zaman bütün ölkə üçün inkişaf və tərəqqi vasitəsi olaraq təhsili daha da təkmilləşdirmək olub. Savadlı qadın savadlı ailə və müvafiq olaraq, təhsilli və mütərəqqi cəmiyyət deməkdir. Mənim həyatımda ingilis dili böyük rol oynamışdır, hətta həlledici rol deyərdim. Bütün imkanlar, dünya ilə ünsiyyət, kitab və kurslar, hər şey dil biliyimin sayəsində gəlmişdir".
Bakıda keçiriləcək 4 günlük intensiv "Təlimçilərə təlim" proqramı iki hissədən ibarət olacaq:

1. Nəzəri biliklər
(gələcək təlimçilər iştirakçı qismində tədris materialları ilə tanış olacaqlar)
2. Mikrotəlimlər
(gələcək təlimçilər özlərini təlimçi rolunda sınamaq imkanı əldə edəcəklər)
Təlim "Go Global" təşkilatının ukraynalı mütəxəssisləri tərəfindən keçirilmişdir.
“Go Global” 1700-dən çox məktəb və 160000-dən çox şagirdlə işləyən təhsil platformasıdır. Həmçinin, biliklərin artırılması məqsədilə bütün iştirakçılar üçün 3 onlayn vebinar keçiriləcəkdir.


Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Kürdəmir-Zərdab yolunun yenidən qurulması bu ilin sonunadək bitəcək
17.02.2020
Masallıda Milli Qəhrəman Səfəralı Məmmədovun xatirəsi anılıb
16.02.2020
Sabahın hava proqnozu açıqlandı
15.02.2020
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
15.02.2020
Mərkəzi Seçki Komissiyasının iclası başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Sarayın ləzzətləri: mutancana
3 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
4 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
5 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info