Azərbaycanda valideynlərin dörddə biri körpələrinə qadjet verir
Tarix: 17.01.2020 | Saat: 14:01:00 | E-mail | Çapa göndər


Azərbaycanda valideynlərin dörddə biri övladlarını hələ 2 yaşları tamamlanmamış ilk dəfə elektron qurğularla tanış edirlər. Bundan əlavə, valideynlərin 13%-i 1 yaşına qədər olan övladlarına rəqəmsal cihazlardan istifadə etməyə icazə verirlər. Bunu, 2019-cu ilin sonunda “Kaspersky” şirkəti tərəfindən Azərbaycanda aparılan araşdırmanın nəticələri deməyə əsas verir.
Sorğunun nəticələrinə görə, valideynlər uşaqlarına qadjetləri təhsil və ya əyləncə məqsədləri ilə verirlər (müvafiq olaraq 37% və 35%). Hər 5 valideyndən biri (22%) isə uşağına smartfon və ya planşeti onu sakitləşdirmək üçün verir. Maraqlıdır ki, valideynlərin müəyyən faizi şəxsi işləri ilə məşğul olan zaman uşağın onlara mane olmaması üçün (9%) və ya valideynə lazım olan işlə məşğul olması üçün (7%) rəqəmsal texnologiyalar və ekranlardan istifadə edirlər. Lakin qadjetlərə ən çox səyahət zamanı tələb duyulur - azərbaycanlı valideynlərin 59%-i uşaqlarını yolda smartfonlar və planşetlərlə məşğul edirlər.
Valideynlər erkən yaşlarından uşaqlara qadjetdən istifadə etməyi icazə verirlər, sonra isə onların ekranın qarşısında və internetdə çox vaxt keçirmələrinə təəccüblənir və narahat olurlar. Azərbaycanda təxminən dörd ailədən birində (respondentlərin 27%) övladlarının rəqəmsal həyatı ilə bağlı hətta konfliktlər yaranır. Bu qarşıdurmaların böyük əksəriyyəti (respondentlərin 82% -i), uşağın qadjetlə çox vaxt keçirməsi səbəbindən baş verir. Digər 14% valideynlər isə övladları ilə onların sosial şəbəkələrdə oturmaqları və ya uzun müddət oyun oynamaqları səbəbindən mübahisə edirlər.
Uşaqların qadjetlə nə qədər vaxt keçirməsinə gəldikdə, sorğuda iştirak edən valideynlərin dörddə birinin müşahidələrinə görə, övladları gündə orta hesabla 1-2 saat rəqəmsal cihazlardan istifadə edirlər. Digər 17% respondent uşaqlarının gündə 3-4 saatını qadjetlə keçirdiklərini söyləyib. Demək olar ki, hər beşinci valideyn (19%) uşağının bütün boş vaxtını internetdə keçirdiyini bildirib.
Uşaqlar arasında qadjetlərin məşhurluğunu nəzərə alaraq, valideynlər təbii olaraq, onların internetdəki hərəkətlərinə nəzarət etməyə çalışırlar - respondentlərin 85%-i bu nəzarəti yerinə yetirir. Bununla belə, 84% valideynlər uşağın şəbəkədə nə etdiyini və orada hansı potensial təhlükələrlə qarşılaşa bildiklərini daha yaxşı başa düşmələrinə kömək edəcək heç bir proqramdan (valideyn nəzarəti proqramları) istifadə etmədiklərini etiraf edib.



"Rəqəmsal texnologiyalar və qadjetlər müasir uşaqlar üçün təbii mühitdir, uşaqlar doğulandan onları görür və istifadə edir. Buna görə də ailələrdə elektron cihazların faydaları və təhlükələri barədə danışanda anlaşılmazlığın olması təəccüblü deyil. Uşaqların internetdə özlərini sərbəst hiss etmələrinə baxmayaraq, kiber dünyanı mənimsəməkdə valideynlərinin dəstək və köməyinə hələ də ehtiyac duyurlar. Gənc istifadəçilərə şəbəkədə təhlükəsiz davranış qaydalarını öyrənməyi, təhlükələri tanımağı və qarşısını almağı böyüklərdən yaxşı heç kim edə bilməz. " deyə “Kaspersky” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
İlk növbədə, valideynlər uşaqlarla etibarlı münasibətlər qurmalı, internetdə davranış qaydaları haqqında danışmalı və bu sahədəki maraq və problemlərdən xəbərdar olmalıdırlar. “Kaspersky Safe Kids” –in köməyi ilə özünüzü arzuolunmaz məzmundan və digər internet təhlükələrindən qoruya bilərsiniz. “Kaspersky” şirkətinin bu məhsulu bir çox kiber təhdidləri tanıyır və məhdudlaşdırır, uyğun olmayan məzmunu filtrləyir, potensial təhlükəli kənar insanlarla onlayn təmasların qarşısını alır. Bundan əlavə, bu həllin köməyi ilə valideynlər uşağın sosial şəbəkələrdəki davranışından və dost siyahısındakı dəyişikliklərdən xəbərdar ola, real vaxt rejimində harada olduqlarını öyrənə bilərlər.
Azərbaycanda uşaqların kiber təhlükəsizliyi ilə bağlı valideynlərin mövqeyinin araşdırılması “Kaspersky” şirkətinin sifarişi əsasında “Era” şirkəti tərəfindən 2019-cu ilin oktyabr ayında aparılıb. Sorğuda 18 yaşa qədər övladı olan 300 valideyn iştirak edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2020
DTX Neftçala rayonunda vəzifəli şəxslərlə bağlı keçirilən əməliyyat barədə məlumat yayıb
21.02.2020
Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək
21.02.2020
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi İsrail səfiri ilə görüşüb
21.02.2020
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
21.02.2020
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
5 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info