“CinemaPlus”da Naim Süleymanoğlu haqda film nümayiş edildi
Tarix: 17.01.2020 | Saat: 14:02:00 | E-mail | Çapa göndər


“CinemaPlus 28 Mall” Premium-klass kinoteatrında “Cep Herkülü: Naim Süleymanoğlu” adlı türk filminin nümayişi baş tutub. Film Türkiyə və dünya idman tarixində silinməz izlər qoyan məşhur ağır atlet Naim Süleymanoğluna həsr olunub. Bioqrafik filmin rejissoru Özer Feyzioğludur. Baş rollarda Hayat Van Ek, Yetkin Dikinciler və Selen Öztürk çəkilib.
Tədbirin xüsusi qonaqları 4 qat dünya ,7 qat avropa çempionu olan Vüqar Namazov, Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev, 3 qat dünya və 7 qat avropa çempionu Ramil Əhmədov, 75 kq-da 4 qat dünya ,3 qat avropa çempionu və dünya rekordçusu Rövşən Xəlilov olmuşdurlar. Həmçinin, tədbirdə maraqlı tematik müsabiqələr keçirilib və qaliblərə hədiyyələr təqdim olunmuşdur.
“Cep Herkülü” ləqəbli Naim Süleymanoğlu Bolqarıstanda anadan olmuş və daha sonra Türkiyə vətəndaşlığını qəbul etmiş bir etnik türkdür. 47 dünya rekorduna, üç fərqli olimpiya oyununda qazandığı 3 olimpiya qızıl medalına, eyni zamanda 6 Avropa çempionatına, 7 dünya çempionatına və bir çox digər layiqli nailiyyətlərə sahibdir. Öz çəkisininin üç dəfə artığını qaldıra bilən yeganə idmançı olub. İlk dünya rekordunu 15 yaşında qazanıb. Naim Süleymanoğlu Türkiyə xaricindəki olimpiadalarda qızıl medal qazanan ilk idmançıdır. O, əldəolunmaz rekordları qıraraq hər kəsi geridə qoyub.
Tədbirin təşkilinə dəstək: “Cinema Distribution”, “VitrFitness” idman sağlamlıq kompleksi və “Şeh Su”. “Cep Herkülü: Naim Süleymanoğlu” filmi yalnız “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq. “CinemaPlus” hər zaman sizi kino tarixinin ən yaxşı premyeraları ilə sevindirməyə və xoş sürprizlər etməyə hazırdır.






 
Bölməyə aid digər xəbərlər
19.02.2020
“Gürcüstan-Azərbaycan dostluğu nəsildən-nəslə” adlı sərgi
18.02.2020
“CinemaPlus”dan sərfəli aksiya
18.02.2020
Üzeyir bəyin tələbəsi olan bəstəkar, dirijor, pedaqoq
18.02.2020
“Arşın mal alan” operettası anşlaqla keçib
18.02.2020
Antalya Qızıl Portağal Film Festivalının tarixi açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Sarayın ləzzətləri: mutancana
3 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
4 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
5 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info