3 ildən artıqdır ki, SOCAR İstiqrazları qazandırmağa davam edir
Tarix: 17.01.2020 | Saat: 14:13:00 | E-mail | Çapa göndər


16 milyon dollardan çox gəlir – SOCAR İstiqrazlarından növbəti faiz ödənişi


Vətəndaşlarımız və investorlar üçün alternativ investisiya imkanları təklif edən və qiymətli kağızlar bazarında trendə çevrilmiş SOCAR İstiqrazları 17 yanvar tarixində baş tutan sayca 13-cü, 2020-ci ilin isə 1-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollar gəlir qazandırdı. Bununla da istiqraz sahiblərinin ümumi qazancı 16 milyon 250 min dollara yüksəldi.
“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR İstiqrazlarının $1.25 milyonluq rüblük faiz məbləği istiqraz sahiblərinin hesablarına köçürülüb.
Təkrar bazar əməliyyatlarının həcminin $185 milyona çatması, bağlanmış əqd sayının 2.000-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi və REPO əməliyyatlarının $34 milyona yaxınlaşması SOCAR İstiqrazlarına olan yüksək tələbatdan xəbər verir.
SOCAR İstiqrazı sahibləri hal–hazırda uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı müvafiq bankda girov qoymaqla, 15–16% faizlə Manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-dək enmiş olur.
Bütün bu qeyd olunan göstəricilərin ümumi nəticəsidir ki, cari il ərzində yeni istiqrazların buraxılması planlaşdırılır və müvafiq yöndə hazırlıq işləri davam etdirilir.
1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 aprel tarixində baş tutacaq. Əlavə məlumat üçün *19 99 nömrəsi vətəndaşların xidmətindədir.




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Azərbaycanda bir ayda 192 minik avtomobili istehsal olunub
18.02.2020
“Azerçay” Moskvada təşkil edilmiş beynəlxalq sərgidə iştirak edib
18.02.2020
Azərbaycan ilə Gürcüstan arasında daha bir sənəd imzalanıb
18.02.2020
Koronavirusun təsiri qlobal ticarətdə hiss olunur
18.02.2020
Vüsal Qasımlı: Azərbaycan hər nəfərə düşən büdcə xərclərinə görə regional liderdir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Sarayın ləzzətləri: mutancana
3 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
4 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
5 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info