Monika Makovey: “Sərkisyanın siyasəti Ermənistan əhalisinə baha başa gələcək”
Tarix: 19.09.2013 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


“Ermənistan təslim olaraq Gömrük İttifaqına daxil olmağa razılıq verib”
Rusiyanın inteqrasiya prosesinin hədəfində olan Moldovanın Kremlin iqtisadi təzyiqlərinin qarşısında duruş gətirə bilməsi mümkün deyil. İqtisadi potensialı çox zəif olan Moldova iqtisadiyyatında əsas gəlir mənbəyindən birini çaxır məhsullarının ixracı təşkil edir. Moldova çaxırları və digər içkilərinin əsas bazarı MDB ölkələri, əsasən də Rusiyadır. Bu bazarın itirilməsi Moldova iqtisadiyyatı üçün ciddi itki deməkdir.
Digər tərəfdən Rusiya ərazisində minlərlə moldovan işləyərək evlərinə il ərzində külli miqdarda vəsait göndəririlər. Həmin vəsaitin kəsilməsi Moldovada ciddi sosial partlayışa səbəb ola bilər. Bu rıçaqlara sahib olan Rusiya onların köməyi ilə Moldovanı asanlıqla yeni inteqrasiya prosesinə cəlb etməyi düşünür. Artıq rıçaqlar işə düşüb. Moldova çaxırlarında insan orqanizmi üçün zərərli bakteriyaların tapıldığını elan edən Rusiya bu məhsulların idxalına qadağa qoyub. Bu qadağa Moldova üçün iqtisadi baxımdan çox baha başa gələ bilər. Kişinyovun bu təzyiqin qarşısında nə qədər duruş gətirə biləcəyini zaman göstərəcək. Belə şəraitdə Moldovanı vəziyyətdən çıxarmaq üçün Avropa İttifaqı ölkələri bazarlarını moldovan içkiləri üçün açmalıdırlar. Amma Avropa İttifaqı özü iqtisadi baxımdan yaxşı günlərini yaşamadığından Moldovaya maddi baxımdan qucaq açmağa həvəsli görünmürlər. Rusiya ilə baş-başa qalmaq Moldovaya ağ bayraq qaldırmaqdan başqa çıxış yolu saxlamır. Buna baxmayaraq Avropa Parlamentinin Rumıniyadan olan üzvü Monika Makovey və Rumıniyanın Avropa siyasəti mərkəzinin direktoru Kristian Qinya Moldovaya kömək olunması ilə bağlı bəyanat yayıblar. Bəyanatda Rumıniya vətəndaşları və Avropa İttifaqını “rus şantajına” qarşı “yox” deməyə çağıran müəlliflər avropalıları rusların yararsız hesab etdiyi çaxırları almağa səsləyiblər. Onlar hesab edir ki, Moldova ilə Avropaya inteqrasiya yolunda həmrəylik nümayiş etdirmək vacibdir. Bəyanat müəllifləri bildirirlər ki, Moldova çaxırları bütün sanitar testlərdən uğurla keçib və Avropa İttifaqı bazarına daxil olmasında heç bir problem yoxdur. Ona görə də Rusiyanın təzyiqi Moldova dövlətinin gözünü qorxutmaq məqsədi daşıyır. Müəlliflər maraqlı məqama da toxunublar. Onlar qeyd ediblər ki, analoji təzyiq metodları tədricən Ukraynaya da yaxınlaşır. Amma Ermənistan təslim olaraq Gömrük İttifaqına daxil olmağa razılıq verib. Makovey və Qinyanın bəyanatında deylir: “Bu seçim Avropa dəyərlərindən imtina edən, qanundan uzaq, hakimiyyətin oliqarx sistemin əlində cəmləşdiyi Ermənistan əhalisinə baha başa gələcək. Ermənistan təslim oldu, gəlin Moldovanı qoruyaq”.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Əfqanıstan prezidentinin mitinqində BOMBALAR PARTLADI
17.09.2019
İsraildə parlament seçkiləri keçirilir
17.09.2019
BƏƏ-yə məxsus gəmi İran tərəfindən saxlanıldı
16.09.2019
Dünyanın ilk üzən nüvə elektrik enerjisi stansiyası Pevek şəhərinə çatdı
16.09.2019
Ursula fon der Lyayen: “Xarici güclərin müdaxiləsi Avropa üçün təhlükədir”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info