Elm Tarixi İnstitutunda 20 Yanvar Ümumxalq Hüzn Gününün 30-cu ildönümü qeyd olunub
Tarix: 17.01.2020 | Saat: 14:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığıyla 20 Yanvar Ümumxalq Hüzn Gününün 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.Tədbir ziyalılarla məktəblilər arasında görüş formatında təşkil olunub.
Tədbiri giriş sözü ilə açan AMEA-nın I vitse-prezidenti akademik İsa Həbibbəyli bildirib ki, 20 yanvar hadisəsi SSRİ hakimiyyətinin qansız simasını, başqa millətlərə olan işğalçı sifətini açıq-aydın dünyaya göstərdi. Həmçinin, bu hadisə Azərbaycan xalqının sovet imperiyasının tərkibində yaşamasının qeyri-mümkün olduğunu bəlli etdi. İ.Həbibbəyli 20 yanvar hadisəsindən sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini kəskin tənqid etdiyini, faciəni törədənlərin dərhal cəzalandırılmasını tələb etdiyini xatırladaraq, xalqımızın səsinin dünyaya məhz ulu öndər tərəfindən çatdırıldığını deyib. Akademik vurğulayıb ki, hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə ulu öndərin bu cür bəyanatla çıxış etməsi yas içində olan Azərbaycan xalqına ümid verdi, onun səsləndirdiyi fikirlərin işığında xalq yenidən səfərbər olub azadlıq uğrunda mübarizəsini davam etdirdi.
Akademik vurğulayıb ki, “qan tökülərək qazanılan müstəqilliyimizi ölkə başçısının rəhbərliyi altında hər gün fəaliyyətimizlə, yaxşı təhsilimizlə, işimizlə, mövqeyimizlə möhkəmləndirmək, onu daha da inkişaf etdirmək hər bir Azərbaycan gəncinin, aliminin müqəddəs vətəndaşlıq borcudur”.
Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli bildirib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı 20 yanvar faciəsi xalqımızın əzmkarlığını, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr səlahiyyətini əvəz edən Aynur Sofiyeva qeyd edib ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hadisənin təfərrüatlarını xatırladan komitə rəhbəri: “bu gün Azərbaycan dünyada inkişaf edən stabil bir ölkə kimi tanınır, Azərbaycan söz sahibidir, öz mövqeyini ortaya qoymuş, müstəqil siyasət həyata keçirən bir ölkədir. Bu inkişafın dayanıqlı və davamlı olması üçün bizim üzərimizə böyük vəzifələr düşür. Bu vəzifələrdən ən mühümü Azərbaycanın keçmişini-bugününü layiqli şəkildə gələcəyə daşıya bilən və gələcəyimizin uğur salnaməsini yaratmağa qabil olan vətənpərvər, intellektual nəslin yetişdirilməsidir" - deyə vurğulayıb.
Tədbirdə AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə “Müstəqilliyə aparan yol”, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov “20 Yanvar – Azərbaycanlılara qarşı 1918-ci il soyqırımı cinayətinin davamıdır”, Elm Tarixi İnstitutunun əməkdaşları – Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “20 Yanvar hadisəsinin hüquqi və siyasi qiymətləndirilməsi”, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov isə “Xalq hərəkatı və 20 yanvar” mövzusunda məruzələrlə çıxış ediblər. Sonra orta məktəb şagirdlərindən Nurlan Cəbrayılzadə, Xədicə Ağayeva, Tuğray Abbaszadə , Fidan Əliyeva, Abdulla Nağıyev çıxış edərək 20 yanvar hadisəsinə öz münasibətlərini bildiriblər. Tədbirin sonunda “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” sənədli filmi nümayiş olunub.




 
Bölməyə aid digər xəbərlər
26.02.2020
Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi - 100 ballıq şkala olacaq
26.02.2020
Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti müəyyənləşib
26.02.2020
Gültən Əbdülova: Ata yurdum Xocalını görmək istəyirəm...
26.02.2020
ATMU-da beynəlxalq dəyirmi masa keçirilib
26.02.2020
ATMU beynəlxalq elmi forumda təmsil olunub

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11456

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info