Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
Tarix: 17.01.2020 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


“Lragir”: Qazın qiymətinin bahalaşması Ermənistanda kütləvi etirazlara səbəb olacaq”

“Hələ 2015-ci ildə Ermənistanda elektrik enerjisi tariflərinin artırlmasından sonra İrəvanda yaradılan «Elektrik İrəvan» həmin ərəfədə əyalətlərə də sirayət edən böyük bir etiraz dalğası yaratmışdı. Əgər, sabah ölkə rəhbərliyi Rusiya şirkətləri ilə qaz tariflərinin artırılması barədə hər hansı bir razılıq əldə edərsə, vəziyyətin eyni ssenari üzrə, amma bu dəfə daha təhlükəli ola biləcəyi istisna olunmur”. Bu fikirləri öz şəxsi «Facebook» səhifəsində enerji təhlükəsizliyi üzrə mütəxəssisi Vaqe Davtyan bildirib. Nədir məsələ? Belələiklə, artıq neçə müddətdir ki, Ermənistanda bu ölkənin Rusiyadan aldığı qazın qiymətində artım olacağı barədə fikirlər dolaşır. Təbii ki, bunun, ermənilər tərəfindən elə də yaxşı qarşılanmayacağı dəqiqdir. Əslində , onların bununla bağlı narazılıqları əsassız deyil. Çünki qiymət artımı ölkənin birinci şəxsinin vaxtilə xalqa verdiyi vədlərlə heç bir uyğunluq təşkil etmir. Ötən gün Ermənistan Dövlət Xidmətlərinin Tənzimləmə Komissiyasının sədri Qaregin Baqramyan yerli saytlara verdiyi açıqlamada «Qazprom-Armeniya» şirkətinin tarif artımı üçün müraciət edəcəyini istisna etməyib. Bununla yanaşı, o, 2020-ci ildə qiymətlərin dəyişdirilməsindən imtina ilə bağlı bəyanatın yalnız sərhəddəki qiymətlərə aid olduğunu və tariflərdə heç bir məhdudiyyət olmadığını bildirib. Maraqlıdır ki, ermənilərin «Lragir» saytı İrəvanın 2019-cu ilin yanvarından etibarən Moskvadan aldığı qazın hər min kubmetri üçün 150 dollar deyil, 165 dollar ödəməsinə eyham vuraraq Kreml tərəfindən hər hansı bir əlavə tarif artımının kritik vəziyyət yarda biləcəyini qeyd edir. Yeri gəlmişkən xatırladaq ki, 2015-ci ildə «Elektrik İrəvan»ın təşkil etdiyi etiraz dalğasının Rusiyanın «İnter RAO» şirkətinin əlində olan elektrik şirkətlərini Samvel Karapetyanın «Taşir» şirkətinə satması ilə yekunlaşan hadisələrə diqqət çəkən sayt, qazın qiymətinin artması ilə “Qazprom”un Ermənistandakı nüfuzuna, onun inhisarçılığına da son qoya biləcəyini istisna etmir. Sayt, vaxtilə Rusiyanın Ermənistanı “Qazprom”la saziş bağlamağa məcbur etdiyini xatırladaraq, bu gün həmin şirkətin ölkədə qaz qiymətlərini artırmaq niyyətinin İrəvanın səbrində son damla ola biləcəyini istisna etmir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
14.09.2020
Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
24.08.2020
Prezident: Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır
19.08.2020
Paşinyan rejimi Ermənistanda daha bir anti-rus addım atır?
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 Xalqımızın halal haqqı
2 “Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
3 “Qara dul qadın” filminin premyerası təxirə salınıb
4 MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur
5 Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 22 nəfər ölüb -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info