BDU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tarix: 17.01.2020 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Universitetin 2 saylı tədris binasının qarşısında 20 Yanvar Şəhidlərinin xatirəsinə ucaldılmış abidənin ziyarətindən sonra tədbir böyük akt zalında davam etdirilib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Mərasim iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Rektor Elçin Babayev Qanlı Yanvar faciəsinin XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü olduğunu qeyd edərək ölkəmizin suverenliyi və azadlığı uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin əbədi yaşayacağını bildirib. Faciə zamanı keçmiş Sovet ordusunun xalqımızın silahsız övladlarını, mülki əhalini vəhşicəsinə qətlə yetirdiyini bildirən rektor bu hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıb.
E.Babayev Ümummilli Lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pislədiyini xatırladaraq faciəyə ilk dəfə siyasi-hüquqi qiymətin də məhz Ulu Öndər tərəfindən verildiyini vurğulayıb. Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində verdiyi sərəncam və fərmanlara diqqət çəkərək əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzlərinin inşa olunduğunu bildirib.
Tarix fakültəsinin dosenti Səidə Quliyeva bildirib ki, 20 Yanvar qəhrəmanlıq və milli mübarizə tariximizin növbəti səhifəsidir. Xalq milli birliyini qoruyaraq müstəqil dövlət qurmaq mübarizəsini davam etdirdi. Şəhidlərimizin ruhu, milli şüurumuz, genetikamız bizdən – hər bir azərbaycanlıdan müstəqil dövlətimizi qorumağı və inkişaf etdirməyi tələb edir.
Sonra qanlı hadisədə şəhid olmuş Yanvar Nəsirovun həyat yoldaşı, 20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının təmin olunması İctimai Birliyinin sədr müavini, Filologiya fakültəsinin əməkdaşı Almara Nəbiyeva çıxış edib. O, 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu qeyd edib.
Tədbirin sonunda tələbələr Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər poeması”ndan hissələr səsləndirib, Universitetin “Gənc istedadlar” liseyinin şagirdlərinin təqdimatında səhnəciklər göstərilib və “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeiri təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Baş infeksionist koronavirusla bağlı xəbərdarlıq etdi
18.02.2020
Azərbaycanda övladlığagötürmə ilə bağlı elektron müraciət qaydası açıqlanıb
17.02.2020
Spirtli və enerji içkiləri üçün aksiz dərəcələri artırıldı
17.02.2020
Siqaretin qiyməti yenidən qalxacaq
17.02.2020
Daha bir neçə ərazi sintetik torlardan təmizləndi-FOTOLAR

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Sarayın ləzzətləri: mutancana
3 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
4 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
5 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info