“20 Yanvar xalqımızın qəhrəmanlıq səhifəsidir”
Tarix: 17.01.2020 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


“20 Yanvar faciəsi Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn kimi həkk olunub. O Məlum olduğu kimi 1990-cı ildə yalnız Bakı şəhərində deyil sovet ordusu tərəfindən Azərbaycanın müxtəlif bölgələrində dinc əhaliyə qarşı faciələr törədildi. Daha çox Bakıda insanların vəhşicəsinə gülləboran edilməsini, tankların altında yüzlərlə qocaların, uşaqların, qadınların əzilməsindən sonra bu tarixi gün Azərbaycan xalqının oyanışı müstəqillik yolunda həlledici addım atması ilə yadda qaldı. Bu mənada hər il milli qürur məqamı kimi xatırlayıb yad etdiyimiz 20 Yanvar faciəsi nə qədər vaxt keçməsindən asılı olmayaraq, əsla unudulmayacaq. Bu sözləri ABC Tədris və İnkişaf Mərkəzinin rəhbəri Leyla Həsənova bildirib. Onun sözlərinə görə, bu tarix həm də qan yaddaşımıza hopan milli qürur tariximizdir: “Şəhidlərimizin unudulmaz xatirəsi qarşısında illərdən bəri ürəklərimizdə gəzdirdiyimiz vətəndaşlıq qürurunu əsrlər belə keçsə silmək mümkün olmayacaq. Biz də ABC Tədris və İnkişaf Mərkəzi olaraq bu il Azərbaycan dövlətçiliyinin bərpası uğrunda qurban getmiş və şəhidlik zirvəsinə ucalmış faciə qurbanlarını diqqətdə saxlayacağıq və onlara ehtiramımız tükənməzdir.
Biz yalnız 20 Yanvar cinayətlərini gələcək nəsillər təbliğ etməməliyik, aktiv şəkildə Azərbaycan xalqına qarşı kütləvi terror kimi xarakterizə edilən Qarabağ münaqişəsinin ağır nəticələrini də daim gündəmdə saxlamalıyıq. Çox təəssüf ki, 20 Yanvar faciəsi zamanında öz hüquqi, siyasi qiymətini almadı. Bugünkü gənc nəsil də həmin tarixi fəxrlə yad edir və gənclərimiz də gözəl anlayırlar ki, azadlığın, müstəqilliyin yolu ağırdır və bu yolu qurban vermədən keçmək mümkün deyildi. Hər il 20 Yanvar gününü kədərə-qüssəyə batmaq günü kimi deyil, qürur, milli fəxarət günü kimi qeyd etməliyik. Dövlətimiz də bu istiqamətdə lazımi tədbirlər təşkil edir, şəhidlərimizin anılması, xalqımıza, xüsusilə gənclərimizə qəhrəmanlıq və vətənpərvərlik ruhu təlqin etmək istiqamətində təqdirəlayiq işlər görülür. Əminəm ki, bu il də ümummilli hüzn, eyni zamanda, xalqımızın birlik və vəhdətini təcəssüm etdirən tarixin ildönümü gününü yüksək səviyyədə qeyd edəcəyik. Şəhidlik vətənpərvərliyin, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir. Bu yüksək zirvədən bizə boylanan 20 Yanvar şəhidlərinin ruhu daim qəlbimizdə yaşayacaq. Bir daha qeyd etmək istərdim ki, bu faciə sıradan bir hadisə deyildi, 20 Yanvar faciəsi bəşər tarixində Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı cinayətlərdən biridir! Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini beşikdəcə boğmağa çalışanlar öz arzularına çatmadılar. Xalqımız vəhşiliklə həyata keçirilən imperiya cəzalarından qorxmayaraq meydanlara axışdı və bugünkü gənc nəsil üçün örnək olacaq addımlar atıb öz azadlıq arzularını həyata keçirdi. Bir tarixi məqamı da xüsusilə vurğulamaq istərdim ki, məlum faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib Bakıda baş verən acınacaqlı olaylar barədə bütün dünyaya həqiqəti çatdırdı, Bu gün də ölkə rəhbərliyi bu həssas tarixi günümüz sayılan faciəni diqqətdə saxlayır və Prezident İlham Əliyevin rəhbərliyi ilə hər il Prezident Administrasiyası tərəfindən Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar geniş tədbirlər planı hazırlanır.
Respublikanın bütün şəhər və rayonlarında, idarə və müəssisələrində, xarici ölkələrdəki səfirliklərimizdə, diaspor təşkilatlarında anma mərasimləri keçirilir. Son olaraq bir daha qeyd edim ki, 20 Yanvar faciəsindən daim ibrət dərsi götürülməlidir və gələcək nəsillər üçün bu tarix daha dərindən və hərtərəfli çatdırılmalıdır. ABC Tədris və İnkişaf Mərkəzi olaraq şəhidlərimizin ruhu qarşısında baş əyirik!”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Tələbələr Bakı Gəmiqayırma Zavodunda təcrübəyə başlayıblar
18.02.2020
Azərbaycanda könüllülük fəaliyyətinin tarixinə həsr olunan sənədli film və fotosərgi hazırlanır
18.02.2020
BDU tələbələri “AzerGold”-da təcrübə keçəcəklər
18.02.2020
Baş prokurorun birinci müavini Goranboy və Xocalı sakinlərini qəbul edəcək
17.02.2020
Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Sarayın ləzzətləri: mutancana
3 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
4 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
5 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info