Azərbaycanla Gürcüstan arasında sıx əməkdaşlıq qurulub
Tarix: 17.01.2020 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Ötən illər ərzində Azərbaycanla Gürcüstan arasında müxtəlif sahələrdə - iqtisadiyyat, biznes, turizm, siyasət sahələrində sıx əməkdaşlıq qurulub.
Bunu Trend-ə gürcüstanlı politoloq Vasili Papava deyib.
O bildirib ki, bu əməkdaşlığın nəticəsi enerji və nəqliyyat sahələrində irimiqyaslı strateji layihələrin reallaşdırılması olub:
“İnfrastruktur layihələrin inkişafı Bakı və Tbilisinin siyasətinin formalaşmasında vacib rol oynayır. Hər iki ölkə üçün bu infrastrukturun inkişafı xüsusilə vacibdir, çünki bu, onlara müəyyən strateji üstünlük verir”.

Politoloq qeyd edib ki, Gürcüstanla Azərbaycan arasında azad ticarət rejimi mövcuddur:
“Gürcüstan regionda yeganə dövlətdir ki, həm Avropa İttifaqı, həm də Çinlə azad ticarət sazişinə malikdir. Bu, Bakı və Tbilisiyə yeni ixrac bazarlarının tədqiq olunması və ticarət əməkdaşlığının genişləndirilməsi üçün resursları birləşdirməyə imkan yaradır”.
Ekspert, həmçinin turizm sahəsinə də toxunub. Onun sözlərinə görə, turizm sahəsində tərəflər birgə proqramlar reallaşdırır:
“2019-cu ilin oktyabrında Gürcüstan Turizmin İnkişafı Milli Bürosu və Azərbaycan Turizm Şurasının dəstəyi ilə Tbilisidə “Azerbaijan Travel” mərkəzi açılıb”.
Ekspert bildirib ki, son illər ərzində Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq səviyyəsi konkret proqram və layihələrlə möhkəmlənmiş strateji tərəfdaşlıq nöqtəsinə çatıb:
“İki ölkə arasında sıx hərbi əməkdaşlığın olmamasına baxmayaraq, Bakı və Tbilisi təhlükəsizlik sahəsində fəal işləyir, birgə hərbi təlimlər keçirir və bu təlimlərdə Türkiyə də iştirak edir. Bunun nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq möhkəmlənir”.




 
Bölməyə aid digər xəbərlər
22.02.2020
Xocalı soyqırımı insanlığa qarşı törədilən qanlı cinayətdir
22.02.2020
“Azərbaycanın hər sahədə Türkiyəyə göstərdiyi maraq göz önündədir”
22.02.2020
Amerikalı politoloq: Rəsmi Bakıya etimad yüksək səviyyədədir
21.02.2020
Amerikalı alim: Ətrafda qiyamət qopur, Azərbaycanda isə sakitlikdir
21.02.2020
“Rusiya ilə qarşıdurma yaratmaq niyyətimiz yoxdur”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
5 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info