Putin müddətsiz hakimiyyət barədə fikirlərini açıqladı
Tarix: 18.01.2020 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Böyük Vətən Müharibəsi veteranı V.Putinə prezidentin səlahiyyətinin "konkret vaxtla məhdudlaşdırılmaması üçün" Konstitusiya maddələrindən birini dəyişdirməyi, yaxud yaxşılaşdırmağı təklif edib



Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Böyük Vətən Müharibəsinin veteranları ilə görüşündə dövlət başçısının müddətsiz rəhbərlik etdiyi dövrlərə qayıtmağın gərəksiz olduğunu deyib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Putin bunu veteranlardan birinin istəyinə cavab olaraq bildirib. Veteran dövlət başçısından "Konstitusiya ilə bağlı bəzi məsələləri həll etməyi" xahiş edib. O, prezidentin səlahiyyətinin "konkret vaxtla məhdudlaşdırılmaması üçün" maddələrdən birini dəyişdirməyi, yaxud yaxşılaşdırmağı təklif edib: "Qoy sonra xalq özü onun prezidentlik müddətini uzatmağın, yaxud elədiklərinə görə təşəkkür edib vəzifədən azad etməyin doğru olduğuna qərar versin". Veteran əlavə edib ki, Putin ölkənin müdafiə qabiliyyətini möhkəmlədə bilib, indi o, başqa məsələlərin həllinə başlaya bilər.
Putin buna cavab olaraq gördüyü işlərin qiymətləndirilməsinə görə veterana təşəkkür edib.

"Hakimiyyətdə olma müddətinə gəlincə, başa düşürəm... bu bizim insanların əksəriyyətinin cəmiyyətdəki, ölkədəki sabitliyə görə narahatlığı ilə bağlıdır: həm daxili, həm də xarici stabilliklə", - Prezident qeyd edib.


"Bununla yanaşı, dövlət başçılarının bir-birinin ardınca ölən günədək hakimiyyətdə qaldıqları, hakimiyyət transformasiyasını formalaşdırmadan hakimiyyətdən getdikləri 80-ci illərin ortalarına qayıtmaq çox təhlükəli olardı. Ona görə də sizə minnətdaram, amma hesab edirəm ki, 80-ci illərin ortalarındakı vəziyyətə, yaxşısı budur, heç qayıtmayaq", - V.Putin əlavə edib.





 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Dmitri Peskov İdlibdǝki vǝziyyǝti qiymǝtlǝndirib
19.02.2020
Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
19.02.2020
Prezident Şövkət Mirziyoyev Türkiyəyə səfərə gəlir
19.02.2020
Yanukoviç xalqa müraciət etdi: Ölkə parçalanır…
18.02.2020
Surkov prezidentin köməkçisi vəzifəsindən azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info