Azərbaycanda dəniz yük daşımalarının həcmi artıb
Tarix: 19.01.2020 | Saat: 11:27:00 | E-mail | Çapa göndər


2019-cu ildə dəniz yük daşımalarının həcmi 1,55 milyon ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.
Trend Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına istinadən xəbər verir ki, dəniz yolu ilə daşınan yüklərin ümumi həcmi 948,2 milyon dollar təşkil edib ki, bu da 2018-ci ilin eyni göstəricisindən 22,2 faiz artıqdır.
İxracat daşınmasının həcmi 336,2 min tona yaxın göstərici təşkil edib - bu, 2018-ci ildəkindən 1,4 dəfə çoxdur. İxrac olunan malların ümumi göstəricisi 155.52 milyon dollar (artım 26.6 faiz) təşkil edib.
Hesabat dövründə dəniz nəqliyyatı ilə idxal olunan yüklərin həcmi 1,21 milyon ton təşkil edib ki, bu da 2018-ci ilin eyni göstəricisindən 1,7 dəfə çoxdur. İdxal olunan malların ümumi göstəricisi isə 708,3 milyon dollar (artım 17,6 faiz) olub.
Ümumilikdə hesabat dövründə Azərbaycanın ticarət dövriyyəsi 33,3 milyard dollar, xüsusilə ixrac - 19,64 milyard dollar, idxal - 13.667 milyard dollar təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
26.02.2020
“Güclü külək regionların enerji təsərrüfatına ciddi ziyan vurub”
26.02.2020
“Yaxın 20 ildə neftə olan tələbat artacaq“
25.02.2020
Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib
25.02.2020
ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib
25.02.2020
Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11456

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info