İran qəzeti: “20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin rəmzidir”
Tarix: 19.01.2020 | Saat: 14:04:00 | E-mail | Çapa göndər



İranın “Beşarat-e nou” qəzetində “20 yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin rəmzidir” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın İrandakı səfirliyinin 20 Yanvar faciəsinin 30–cu ildönümü ilə əlaqədar yaydığı bəyanatdan istifadə olunub. Yazıda nəzərə çatdırılıb ki, Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü torpaq iddiaları və SSRİ rəhbərliyinin buna biganəliyi xalqın meydanlara çıxıb ədalət tələb etməsinə gətirib çıxarmışdı. Lakin xalqın öz haqqını tələb etməsi mərkəzi hökumətin maraqlarına cavab vermirdi. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə qayda-qanunu bərpa etmək adı altında Bakıya xüsusi təyinatlı hərbi birləşmələr yeridildi və xalqa qarşı dövlət səviyyəsində terror aktı həyata keçirildi. Həmin gecə Bakıda əsgərlər tərəfindən 121 insan qətlə yetirilib, 700-dən artıq vətəndaş yaralanıb və xəsarət alıb. Sonrakı günlər də daxil olmaqla 147 nəfər həlak olub. Yaralananların 25-i qadın, 20-si uşaq idi.
Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhlükələrə məhəl qoymadan kəskin bəyanatla çıxış edərək SSRİ rəhbərlərini və şəxsən M.Qorbaçovu kəskin tənqid etdiyi, baş verən faciəni Azərbaycan xalqına qarşı cinayət adlandırdığı diqqətə çatdırılır. Bildirilir ki, məhz Heydər Əliyevin bu bəyanatından sonra dünya ictimaiyyəti Azərbaycan xalqının başına gətirilən faciədən xəbər tutdu. Heydər Əliyevin bəyanatı xalqı daha da cəsarətləndirdi. Beləliklə, Azərbaycan öz müstəqilliyini qazandı.
Yazıda vurğulanır ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib. Bu isə onu deməyə əsas verir ki, 20 Yanvar şəhidlərinin qanı əbəs yerə axmayıb. Azərbaycan xalqı irəli doğru addımlayır və müstəqillik uğrunda canlarını qurban verənləri unutmur.




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Braziliyada dövlət neft şirkətinin işçilərinin tətili
19.02.2020
İranda koronavirusa yoluxan iki nəfər ölüb
19.02.2020
Şentop Makrona sərt reaksiya verdi
19.02.2020
Tramp: “Prezident Ərdoğan güclü və sərt liderdir”
19.02.2020
Kruiz gəmisində sərnişinlər çıxarıldı

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info