Azərbaycan xalqına qarşı törədilmiş qətliam bütövlükdə bəşəriyytə qarşı işlədilmiş qatı cinayətdir
Tarix: 20.01.2020 | Saat: 02:00:00 | E-mail | Çapa göndər



Bakıda Azərbaycan xalqına qarşı törədilmiş qətliam bütövlükdə bəşəriyyətə qarşı işlədilmiş qatı cinayətdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı ilə Qardabani rayonunda Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə səslənib.
Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhidlərin ruhuna dualar oxunub.
Gürcüstan Ağsaqqallar Şurasının Qardabani bölgəsinin rəhbəri Mayak Neymətov çıxış edərək 20 Yanvar faciəsi barədə məlumat verib. Bu faciənin əsl səbəblərinin Azərbaycan xalqının azadlıq uğurunda mübarizə arzusunu boğmağa yönəldiyini bildirib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Azərbaycan və gürcü xalqlarının qədim dostluq və qardaşlıq əlaqələrindən danışıb. Ulu öndər Heydər Əliyevin Gürcüstan ilə dostluğa xüsusi diqqət yetirdiyini, Prezident İlham Əliyevin də bu siyasəti uğurla davam etdirdiyini bildirib.

Qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan irimiqyaslı enerji və nəqliyyat layihələri bunun əyani sübutudur. Gürcü xalqı da bunu unutmur və daim azərbaycan xalqının yanındadır. Bu gün, 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin anım tədirlərində gürcü ictimaiyyətinin iştirakı deyilənləri təsdiq edir.

Diplomat 20 Yanvar faciəsinin baş vermə səbəbləri, nəticələri barədə məlumat verib, bu faciənin Azərbaycan xalqının azadlıq mübarizəsində mühüm dönüş yaratdığını bildirib.

Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramin İgidov, müəllimə Növrəstə Məhərrəmqızı, hacı Novruz Əlmədətov, jurnalist Ələddin Qaradağlı və başqaları çıxış edib, Qanlı Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüblər.
Bildirilib ki, şəhidlər bizə Vətəni necə sevməyi, Vətən uğurunda ölməyi, fədakarlığı, azadlığı öyrədiblər.
Onların xatirəsi heç zaman unudulmayacaq.
Sonra 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş olunub.
Filmdə AZƏRTAC-ın materiallarından da istifadə edilib.
Sonda ehsan süfrəsi açılıb.




 
Bölməyə aid digər xəbərlər
27.02.2020
Baş Nazirin Administrasiyası: Gürcüstanın Azərbaycanla sərhədləri bağlaması barədə xəbərlər həqiqəti əks etdirmir
27.02.2020
Norveçdə koronavirusa ilk yoluxma qeydə alınıb
26.02.2020
Ərdoğanın Bakı səfərindən sonra Naxçıvanla sərhəd açıldı
26.02.2020
Nicat Hacızadə: Türkiyə-Azərbaycan xarici ticarət dövriyyəsi sürətlə böyüyəcək
26.02.2020
Prezident ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11456

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info