Millimiz “Qran-pri”də 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb
Tarix: 20.01.2020 | Saat: 14:20:00 | E-mail | Çapa göndər


Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə “Qran-pri” turniri keçirilib.
Trend-in məlumatına görə, yarışın proqramına əsasən, yanvarın 18-də sərbəst, 19-da isə yunan-Roma güləşi üzrə mübarizə baş tutub. Ölkəmizi ənənəvi turnirdə baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yunan-Roma güləşi üzrə millimiz təmsil edib.
Komandamız "Qran-pri"də uğurlu çıxış edərək 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Murad Məmmədov (60 kq), Ülvi Qənizadə (72 kq), Rafiq Hüseynov (82 kq) və Sabah Şəriəti (130 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sənan Süleymanovla (72 kq) Orxan Nuriyev (97 kq) ikinci, Taleh Məmmədov (63 kq) isə üçüncü yeri tutub.
Xatırladaq ki, “Qran-pri”də beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.




 
Bölməyə aid digər xəbərlər
20.02.2020
“Tottenhem“ evdə, “Valensiya“ səfərdə uduzdu
20.02.2020
Misrəddin İsgəndərov “Caspian Cup” festivalının qalibi olub
19.02.2020
“Barselona“da təcili toplantı
19.02.2020
“Azərbaycan mənim ikinci vətənimdir“
19.02.2020
“Barselona“ “Leqanes“in hücumçusunu transfer etməyə yaxındır

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
3 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
4 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”
5 Ukrayna televiziyalarında erməni işğalı haqqında məlumat verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info