Serj Sarkisyan haqqında cinayət işinin təhqiqatı yekunlaşıb
Tarix: 20.01.2020 | Saat: 15:18:00 | E-mail | Çapa göndər



Ermənistanın sabiq başçısı Serj Sarkisyan haqqında cinayət işinin təhqiqatı yekunlaşıb.
AZƏRTAC xarici KİV-lərə istnadla xəbər verir ki, xüsusi istintaq xidmətinin məlumatına görə, cinayət işinə dair materiallar prokurorluğa göndərilib.
Serj Sarkisyan bir milyon dollardan çox dövlət vəsaitinin oğurlanmasının təşkilində ittiham olunur. Onunla birlikdə sabiq kənd təsərrüfatı nazirinin müavini Samvel Qalstyan, nazirliyin bitkiçilik idarəsinin rəisi Gevorq Arutyunyan və “Fleş” şirkətinin sahibi Barseq Beqlaryana da ittiham irəli sürülüb.
İstintaqın versiyasına görə, sui-istifadə kəndlilərə dizel yanacağının münasib qiymətlərlə satılması üzrə hökumət proqramı çərçivəsində baş verib. Cinayət işinin materiallarında göstərilir ki, Sarkisyan tabeçiliyindəki şəxslərə dizel yanacağının tədarükçüsü qismində “Fleş” kompaniyasını seçməyi tapşırmaqda şübhəli bilinir. Halbuki digər şirkət – “Masxur” kompaniyası daha ucuz qiymət təklif etmişdi.
Müstəntiqlər hesab edirlər ki, keçmiş prezident sövdələşmədən maksimum şəxsi mənfəət götürmək niyyəti güdüb.




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Dmitri Peskov İdlibdǝki vǝziyyǝti qiymǝtlǝndirib
19.02.2020
Prezident Şövkət Mirziyoyev Türkiyəyə səfərə gəlir
19.02.2020
Yanukoviç xalqa müraciət etdi: Ölkə parçalanır…
18.02.2020
Surkov prezidentin köməkçisi vəzifəsindən azad edilib
18.02.2020
Paşinyan çox narahatdır: vəziyyət uzun müddət belə davam etməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
3 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
4 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”
5 Ukrayna televiziyalarında erməni işğalı haqqında məlumat verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info