Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşüb
Tarix: 20.01.2020 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev 20 yanvar 2020-ci il tarixində NATO Mənzil Qərargahına səfər edib.
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin Trend-ə verdiyi məlumata əsasən, səfər zamanı H.Hacıyev NATO-nun Baş katibinin müavini Mirça Coana ilə görüşüb və müttəfiq dövlətlərlə 29 +1 formatında iclasda iştirak edib. Keçirilmiş görüş və iclas zamanı Azərbaycan-NATO tərəfdaşlığı, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. H.Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar haqqında müttəfiq dövlətlərə ətraflı məlumat verib.
NATO ölkələri Azərbaycanın Sülh naminə tərəfdaşlıq proqramında aktiv iştirakını, NATO əməliyyatlarına töhfələrini, qarşılıqlı operativ uzlaşmanın artırılması və islahtlar sahəsində əldə etdiyi tərəqqini yüksək qiymətləndiriblər.
20 Yanvar faciəsinin 30-cu ildönümündə keçirilən bu iclas və görüşlər zamanı Hikmət Hacıyev Azərbaycan tarixində mühüm rol oynayan bu hadisələr haqqında məlumat verib. NATO rəsmiləri və üzv dövlətlər bu faciə ilə bağlı Azərbaycan xalqı ilə həmrəyliklərini və şəhidlərin ruhuna ehtiramını ifadə ediblər.




 
Bölməyə aid digər xəbərlər
26.02.2020
Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar aparılır
26.02.2020
Azərbaycan XİN başçısının müavini Zöhrab Mnatsakanyana cavab verib
26.02.2020
Fransa portalı: Faciələri tarixə həkk etmək yaddaşımızın borcudur
26.02.2020
Türkiyə-Naxçıvan sərhədində yük avtomobillərinin keçidi bərpa edilib
26.02.2020
OIC General Secretariat Commemorates Khojaly Massacre

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11456

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info