“Azərişıq” şəffaflaşdırma istiqamətində nələr edib?
Tarix: 21.01.2020 | Saat: 12:07:00 | E-mail | Çapa göndər


“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 2015-ci ildə yaradılarkən müştəri məmnunluğunu artırmaq, məmur-vətəndaş kontaktını aradan qaldırmaq, şəffaflığı təmin etmək məqsədi ilə ilkin olaraq 4 istiqamətdə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyətə başlayaraq, hazırda 16 xidmət üzrə abonentlərə xidmət göstərir. 2015-ci ildən bu günə qədər 16 xidmət üzrə “Azərişıq” ASC-yə “ASAN xidmət”, ASAN Kommunal, KOB evləri və elektron qaydada yarım milyona yaxın müraciət daxil olub.
16 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kilovata qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün müraciət edən 6,6 min sahibkarın və 120 min vətəndaşın evinə, bağına və ya həyətinə işıq çəkilib. Göstərilən müddət ərzində obyektin elektrik şəbəkəsinə qoşulması üçün müddət 74 gündən 20 günə, prosedurlar isə 7-dən 2-yə endirilib. İşin yüksək səviyyədə təşkili, operativliyi və keyfiyyəti təmin etmək üçün “Azərişıq” ASC-də ayrıca “ASAN xidmət”lə iş departamenti yaradılıb. “Azərişıq” mütəxəssislərinin yaratdığı Elekltron Müraciətlərin İdarəolunması Sistemi vasitəsi ilə onlayn qaydada elektrik təchizatı şəbəkəsinə qoşulması təmin edilib.
Səhmdar Cəmiyyətin Şəmkir, Mingəçevir, İmişli və Qəbələdə Avtomatik İdarəetmə mərkəzi yaradılıb və mərkəzlərdə quraşdırılan server vasitəsi ilə Elektron Müraciətlərin İdarəolunması Sistemi “ASAN Xidmət”in işinə inteqrasiya edilib. Xatırladaq ki, 2019-cu ildə açıqlanan Davos İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan elektrik enerjisinin əlçatanlıq əmsalına görə dünya üzrə ikinci yerdə qərarlaşıb.
Tural





 
Bölməyə aid digər xəbərlər
26.02.2020
“Güclü külək regionların enerji təsərrüfatına ciddi ziyan vurub”
26.02.2020
“Yaxın 20 ildə neftə olan tələbat artacaq“
25.02.2020
Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib
25.02.2020
ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib
25.02.2020
Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11456

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info