Davos Forumu ölkəmizin dünyaya iqtisadi-siyasi inteqrasiyasını sürətləndirir
Tarix: 21.01.2020 | Saat: 12:55:00 | E-mail | Çapa göndər


Davos Forumu dünyanın həm iqtisadi, həm də ictimai-siyasi gündəminin müzakirə olunduğu ən mötəbər beynəlxalq platformalardan biridir. Dünyanın aparıcı dövlət və hökumət başçılarının, qlobal korporasiyaların, nüfuzlu beynəlxalq şirkətlərin, habelə beyin mərkəzlərinin iştirak etdiyi Forum dünyada gedən ümumi iqtisadi meyillər haqqında dolğun məlumat əldə etmək üçün geniş imkanlar açır.
Bunu Trend-ə politoloq Cehyun Əhmədli deyib. Onun sözlərinə görə, Azərbaycan artıq 13 ildir ki, Davos Forumunda dövlət başçısı səviyyəsində iştirak edir: “Bunun özü ölkəmizə olan yüksək etimadın göstəricisidir. Bu platforma Azərbaycan reallıqlarının dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün unikal fürsətdir. İş adamları Azərbaycanda investorlar üçün mövcud olan əlverişli mühit haqda məlumatlandırılır. Ölkə başçısı dünyanın nüfuzlu transmilli şirkətlərinin rəhbərləri ilə görüşü zamanı ölkəmizdəki biznes mühitinin etibarlılığı və siyasi sabitlik haqda onlara məlumat verir.
Əlbəttə ki, həmin şirkətlər üçün bu kimi informasiyaları ölkənin birinci şəxsindən əldə etmək çox dəyərlidir. Bu isə son nəticədə Azərbaycana investisiya axınının artmasını təmin edir”.
Politoloqun fikrincə, forum ölkəmizin dünyaya iqtisadi-siyasi inteqrasiyasını sürətləndirir: “Reallaşdırdığı meqa layihələrlə regionun enerji xəritəsini yenidən cızan Azərbaycan bu platformada iştirak etməklə özünün beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirir. İkitərəfli və çoxtərəfli əməkdaşlıq üçün əlverişli imkan açılır. Azərbaycan qlobal problemlərin həlli prosesinə töhfə verməklə dünya birliyinin etibarlı üzvü kimi mövqeyini bərkidir.
Hesab edirəm ki, ölkəmizin Davos Forumunda uğurlu iştirakı mənfur Ermənistanın regional və qlobal blokadasını daha da daraldır. Azərbaycan dünya dövlətlərini özü ilə əməkdaşlığa cəlb etməklə həm də Ermənistanı həmin dövlətlərdən uzaqlaşdırır. Bu isə strateji hücum diplomatiyası adlanır. Ermənistanın ətrafındakı halqa daralır. Düşünürəm ki, blokada şəraiti düşmən ölkənin rəhbərliyini kompromisə getməyə vadar edəcək”.

Qeyd edək ki, bugündən İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu (WEF) işə başlayır. “Birgə və davamlı dünyanın maraqlı tərəfləri” mövzusunda keçirilən foruma 117 ölkədən 2 mindən çox siyasətçi, akademik, iş adamı və qeyri-hökumət təşkilatlarının nümayəndəsi qatılacaq. Forum çərçivəsində 400-dən çox açıq və qapalı iclas keçiriləcək. Yanvarın 24-dək davam edəcək Dünya İqtisadi Forumunda 50-dən çox ölkə Prezident və Baş Nazir səviyyəsində təmsil olunacaq.

Forumda ABŞ Prezidenti Donald Tramp, Almaniya Kansleri Angela Merkel, İtaliyanın Baş Naziri Cüzeppe Konte, Avropa Komissiyasının sədri Ursula Von der Leyen, İspaniyanın Baş Naziri Pedro Sançes, İsveçrə Prezidenti Simonetta Sommaruqa, Əfqanıstan Prezidenti Əşrəf Qani, Avstriyanın Baş Naziri Sebastian Kurts, Kolumbiya Prezidenti İvan Duke, Finlandiyanın Baş Naziri Sanna Marin, Yunanıstanın Baş Naziri Kiryakos Mitsotakis, Niderlandın Baş Naziri Mark Rutte, Norveçin Baş Naziri Erna Sulberq, Pakistanın Baş Naziri İmran Xan, Ukrayna Prezidenti Vladimir Zelenski, BMT-nin Baş katibi Antonio Quterreş, Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard iştirak edəcək.




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
“Türkiyə Liviyada qanuni hökuməti dəstəkləməkdə davam edəcək“
19.02.2020
ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsində yalnız iki tərəfi tanıyıb
19.02.2020
Azərbaycanla sülh Ermənistanın iqtisadi sabitliyə nail olması üçün əsas şərtlərdən biridir
19.02.2020
“İdlib bölgəsinə dair əsas istəyimiz Soçi razılaşmasının şərtlərinə əməl edilməsidir“
18.02.2020
Rusiya Suriyada Türkiyə ilə əməkdaşlığı davam etdirəcək

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info