Bakı Ali Neft Məktəbinin 7 tələbəsi İspaniyada təhsil alacaqlar
Tarix: 21.01.2020 | Saat: 13:21:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri 2019-2020-ci tədris ilinin yaz semestrində İspaniyanın Alkala Universitetində 1 semestr müddətinə təhsil alacaqlar. Onların Alkala Universitetində tədris müddəti 21 yanvar - 20 iyun tarixlərini əhatə edəcək. Tələbələr Rəqəmsal elektronika, Mühəndislik mexanikası, Elektrik mühəndisliyi ixtisasları üzrə təhsillərini davam etdirəcəklər. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov İspaniyaya yola düşən tələbələr və onların valideynləri ilə görüşüb. Rektor bildirib ki, Bakı Ali Neft Məktəbi İspaniyanın Alkala Universiteti ilə “Erasmus+” Tələbə mübadilə proqramı çərçivəsində sıx əməkdaşlıq edir. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan 7 tələbənin İspaniyaya təhsil üçün göndərilməsi BANM-in xarici ölkə və ali təhsil müəssisələri ilə qurduğu genişmiqyaslı əməkdaşlıq əlaqələrinin təzahürüdür. O qeyd edib ki, bu proqram çərçivəsində yaz semestrində digər ölkələrə də tələbələr göndəriləcək. E.Qasımov tələbələrə tövsiyələr verib və onlara uğurlar arzulayıb.
Görüşdə İspaniyada təhsil alacaq tələbələr çıxış edərək xaricdə təhsil almaları üçün yaradılan şəraitə görə Ali Məktəbin rəhbərliyinə təşəkkürlərini ifadə ediblər. Onlar ölkəmizi, milli adət ənənələrimizi və BANM-i İspaniyada uğurla təmsil edəcəklərini vurğulayıblar. Qeyd edək ki, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan 3-cü kurs tələbələri Müjgan Hüseynli, Yaqut Bədəlova, Yaqut Şəkizadə, Mahirə Əsədzadə, Ayxan Haqverdiyev, Şəms Əliyeva və Sənan Həsənov İspaniyanın “Alcala de Henares” şəhərinə yola düşüblər.




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
Təxirə salınan imtahanların və sənəd qəbulunun vaxtı barədə ictimaiyyətə məlumat veriləcək
06.04.2020
Bakıda birinci sinfə qəbulla bağlı statistika açıqlandı
06.04.2020
Peşə təhsili üzrə teledərsin cədvəli açıqlanıb
05.04.2020
“Dərs vaxtı“nın 6 aprel cədvəli açıqlanıb
05.04.2020
AMEA xüsusi karantin rejiminin tələblərinə uyğun fəaliyyət göstərir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info