UNEC-in 90 illik yubileyi ilə əlaqədar tədbirlərə start verilib
Tarix: 21.01.2020 | Saat: 13:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən, müxtəlif beynəlxalq elmi konfransların təşkili, UNEC-in tarixi haqda filmlərin, fotoalbomların hazırlanması, kitabların nəşri, görkəmli alimlərin həyat və yaradıcılığı ilə bağlı tədbirlərin, veteran əməkdaşlarla və məşhur məzunlarla görüşlərin keçirilməsi, təqdimatların, maraqlı müsabiqələrin, konsert proqramlarının, fləşmobların, rəsm və kitab sərgilərinin, idman yarışlarının reallaşdırılması nəzərdə tutulub. Yubileylə bağlı ən böyük tədbir isə UNEC I İqtisadi Forumunun təşkili olacaq. Bundan başqa, UNEC Məzunlar Assosiasiyasının yaradılması və I Forumun, eləcə də “İqtisadçı Tələbələrin I Bakı Forumu”nun, Yubiley məzun gününün və təbii ki, təntənəli yubiley mərasiminin keçirilməsi planlaşdırılıb. UNEC-in tərəfdaşlıq etdiyi xarici ali təhsil müəssisələrində də “UNEC 90” yubiley tədbirləri təşkil olunacaq. Qeyd edək ki, 2020-ci il iyunun 19-da UNEC yaradılmasının 90 ili tamam olur. Ümummilli lider Heydər Əliyev universitetin 70 illik yubiley tədbirində çıxışı zamanı ölkə iqtisadiyyatını irəli aparmaq, dünyanın mürəkkəb maliyyə, iqtisadi sisteminə qoşulmaq üçün müasir, hazırlıqlı, xarici dil bilən, dünya təcrübəsini mənimsəmiş gənclərin yetişməsini kollektiv qarşısında əsas vəzifə kimi qoyub. Bu vəzifələr UNEC-in inkişaf strategiyasının əsasını təşkil edir və hazırda müvəffəqiyyətlə icra olunur.




 
Bölməyə aid digər xəbərlər
26.02.2020
Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi - 100 ballıq şkala olacaq
26.02.2020
Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti müəyyənləşib
26.02.2020
Gültən Əbdülova: Ata yurdum Xocalını görmək istəyirəm...
26.02.2020
ATMU-da beynəlxalq dəyirmi masa keçirilib
26.02.2020
ATMU beynəlxalq elmi forumda təmsil olunub

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11456

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info