Astara rayonunda 20 faciəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilib
Tarix: 21.01.2020 | Saat: 13:44:00 | E-mail | Çapa göndər


20 yanvar 2020-ci il tarixdə Astara rayonunda qanlı yanvar faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla yad edilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
20 Yanvar faciəsi barədə məlumat verilərək bidririlmişdir ki, çağdaş Azərbaycan tarixinin ən dəhşətli məqamlarından biri olan qanlı yanvar faciəsindən 30 il keçir. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə 26 min nəfərlik imperiya ordusu ölkənin paytaxtı Bakı şəhərinə soxularaq heç bir xəbərdarlıq etmədən, azadlıq mübarizəsinə qalxmış dinc əhalini gülləbaran etdilər.
Mixail Qorbaçov başda olmaqla sovet imperiya rəhbərliyi Bakıda erməni kartından məharətlə istifadə etdi. “Udar” əməliyyatı adı ilə həyata keçirilən o qanlı gecədə 147 nəfər əliyalın, günahsız insan amansızcasına qətlə yetirildi, 800-ə qədər adam yaralandı. Həmin dəhşətli qanlı terror gecəsində şəhid olanlar arasında körpə də, qoca da, cavan da, fəhlə də, həkim də, alim də var idi. Cəlladlar qarşılarına çıxan uşağa, qocaya, qadına belə rəhm etmədilər. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, evlərində belə qətlə yetirildi, yaralıları aparmağa gələn təcili yardım maşınları gülləyə tuş gəldi. Şəhid olanlar arasında Qarabağ müharibəsində 83 nəfər şəhid verən Astaradan da iki nəfər var idi. Çingiz Mirzəhüseyn oğlu Əliyev və Novruz Faiq oğlu Əsgərov şəhidlər xiyabanında uyuyurlar.
30 il öncə bu qanlı hadisələr törədilən vaxtı iqtidar qüvvələr qaçıb gizləndiyi halda, Azərbaycanın qeyrətli, dahi oğlu Heydər Əliyev Moskvada xüsusi nəzarət altında ola-ola, heç bir təzyiqdən və təqibdən çəkinməyərək, özünün və əzizlərinin həyatını təhlükə qarşısında qoyaraq oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi. 20 yanvar faciəsinə siyasi qiymət verilməsi tələbi ilə bəyanat verdi. Bu, xalqının başına gətirilən dəhşətli müsibətlərdən hiddətlənmiş bir tarixi şəxsiyyətin, siyasi xadimin Azərbaycan həqiqətləri ilə dünyanı silkələyən mərd, mübariz, böyük vətəndaş çağırışı idi.
Azərbaycanın müstəqillik əldə etməsi ilə hakimiyyətə gələnlər bu qanlı hadisəyə siyasi qiymət verilməsi üçün heç bir iş aparmadılar. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdandan sonra bu qanlı hadisənin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırdı.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi. Həmin faciədə həlak olan vətən oğulları şəhidliyi ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar.
Bu gün Bakının ən yüksək yerlərindən birində, hər bir azərbaycanlının müqəddəs and yeri olan şəhidlər xiyabanı var. Şəhid məzarları hər bir Azərbaycan vətəndaşının and yeri, Vətən torpağının qüdrət və qeyrət qalalarıdır. Tədbir iştirakçıları tərəfindən Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi yad edilmiş, şəhidlərin ruhuna dua oxunmuşdur. Məktəblilərin nümayiş etdirdiyi kompozisiyadan sonra rayon rəhbərliyi tərəfindən Xatirə Kompleksinin önünə əklil qoyulmuş, tər qərənfillər düzülmüş, şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir.
Tədbir iştirakçıların ziyarəti ilə davam etmişdir. Saat 12 : 00-da rayon ərazisində bayraqlar endirilmiş, nəqliyyatın hərəkəti dayandırılaraq 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Naxçıvanın yeni uçuş-enmə zolağı ilk təyyarəni qəbul edib
19.02.2020
MSK Ağdaş seçki dairəsi üzrə 2 məntəqədə səsvermənin nəticələrini ləğv etdi
18.02.2020
Kürdəmir-Zərdab yolunun yenidən qurulması bu ilin sonunadək bitəcək
17.02.2020
Masallıda Milli Qəhrəman Səfəralı Məmmədovun xatirəsi anılıb
16.02.2020
Sabahın hava proqnozu açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info