Bakıda beynəlxalq simpozium keçiriləcək
Tarix: 21.01.2020 | Saat: 14:44:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutu və Türkiyənin Kırıkkale Universitetinin birgə təşkilatçılığı ilə Bakıda 16-17 aprel 2020-ci il tarixdə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda Beynəlxalq Simpozium keçiriləcək.
Simpoziumun keçirilməsində məqsəd İslam mədəniyyəti kontekstində Azərbaycan və Türkiyə arasında birgəyaşayışla bağlı mövcud imkanları müəyyənləşdirmək; müsəlman cəmiyyətləri arasında birgəyaşayışla əlaqədar təcrübələrdən istifadə etməklə, xüsusilə bu sahədə mütəxəssis və elmi tədqiqatçıların verdikləri töhfəni üzə çıxarmaq, qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək; ölkələrarası birgəyaşayış təcrübəsindən müasir dövrdə istifadə imkanını və bu təcrübənin gələcəkdəki mümkün rolunu təyin və təşviq etmək, müəyyənləşdirmək; İslam mədəniyyətində birgəyaşayış təcrübəsi haqqında elmi, siyasi, ictimai və fərdi tədqiqatların artmasına töhfə vermək; Azərbaycan və Türkiyə arasında mövcud əlaqələrin daha möhkəm və gələcəkdə davamlı olmasını təmin etməkdir.
Qeyd edək ki, Simpoziumda iştirak üçün 16 fevral 2020-ci ilədək tezislərin göndərilməsi vacibdir. Tezislərin ümumi həcmi 300-350 sözdən ibarət olmalıdır. Təqdim olunan yazının əvvəlində tezisin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və elektron poçt ünvanı göstərilməlidir. Yazının əvvəlində müəlliflə bağlı məlumatdan sonra tezisin yazıldığı dildə açar sözlər verilməlidir. Tezisin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə 1 intervalla, Azərbaycan, türk, ingilis və ya rus dillərində “Times New Roman” şriftində symposiumbaku@ait.edu.az elektron ünvana göndərilməlidir:
Müəlliflər tezisləri İslam mədəniyyətində birgəyaşayış prinsipinin konseptual çərçivəsi; birgəyaşayışın vacibliyi; birgəyaşayış mədəniyyətini gücləndirən amillər; cəmiyyətlərdə birgəyaşayış təcrübəsi; birgəyaşayış mədəniyyətinə töhfə verən nümunəvi şəxsiyyətlər; birgəyaşayış qarşısında duran maneələr; müsəlman təfəkküründə cəmiyyət anlayışları; qloballaşmanın birgəyaşayışa təsiri (irqçilik, gender ayrı-seçkiliyi, zorakılıq, gəlirlərin qeyri-bərabər bölgüsü və s.); İslam ədəbiyyatının cəmiyyətlərarası inteqrasiyaya təsiri; təhsilin birgəyaşayış mədəniyyətinə töhfəsi, təhsil proqramı və birgəyaşayış mədəniyyəti (məktəbəqədər, ibtidai, orta, ali təhsil dövrü); əqli və elmi tapıntılara uyğun bilik formalaşdırılması; formalaşdırılan biliyin imkanların bərabərliyi kontekstində bölüşülməsi; təhsildə şagird və müəllim fəallığı; dini təhsilin birgəyaşayış mədəniyyətinə töhfəsi; ali dini təhsilin birgəyaşayışa töhfəsi; məktəblərdəki dini təhsilin birgəyaşayışa töhfəsi; fərqli elm sahələrində birgəyaşayış təcrübəsi; İslamın birləşdiricilik funksiyası və məzhəblər, siyasi və etiqadi İslam məzhəblərinin birgəyaşayış mədəniyyətinə töhfələri; fiqh elminin birgəyaşayış mədəniyyətinə təsiri (əhliyyət, məşvərət, əmanət, ədalət və s.); İslam tarixində birgəyaşayışa dair nümunələr; kəlam elminin doğru din anlayışına təsirləri (qəzavü-qədər, Tanrı və kainat anlayışı); xurafat, fanatizm və təkfir kontekstində müsəlmanlıq anlayışının birgəyaşayışa mənfi təsirləri; Quranda birgəyaşayışın əhəmiyyəti; hədis ədəbiyyatında birgəyaşayışın vurğulanması mövzularında təqdim edə bilərlər.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
“Dədəm Qorqudun sözü” kitabının təqdimatı olub
19.02.2020
BMU tələbələri “Əsgərə salam” aksiyasına qoşulublar
19.02.2020
Milli Kitabxananın nəşrləri Tarix İnstitutuna təqdim edilib
19.02.2020
Bakı Ali Neft Məktəbinin tələbələri Malayziyada qlobal innovasiya yarışmasının qalibi oldu
19.02.2020
BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info