Bioloji Təbabət muzeyinin açılışı olub
Tarix: 21.01.2020 | Saat: 12:40:00 | E-mail | Çapa göndər


Bioloji Təbabət klinikası insanların orqanizmə heç bir zərər verməyən biotənzimləyici təbabətlə müalicəsinə üstünlük verdiyi kimi bu terapiyanın Azərbaycanda uzun illər təbliğinə çalışaraq qazandığı nəzəri bilikləri və təcrübəsini pasientlərin sağlamlığı üçün sərf edən həkimlərin dəyərləndirilməsinə də böyük önəm verir. Bu baxımdan muzeyin ilk eksponatları Bioloji Təbabət klinikası açılan gündən bu kollektivdə nevropatoloq kimi fəaliyyət göstərərək yüzlərlə xəstəyə şəfa vermiş ali dərəcəli həkim Vahid Məmmədov və yenə də illərini biotənzimləyici terapiya ilə müalicəyə həsr etmiş terapevt - pulmonoloq Elaza xanım Mikayılzadənin büstləri olub. Hər iki büst Bioloji Təbabət MMC-nin təsisçisi Elxan Yaqubovun təşəbbüsü və maddi dəstəyi ilə hazırlanıb. Muzeyin açılışına həsr olunmuş tədbirdən öncə rəhbərlik başda olmaqla klinikanın bir qrup əməkdaşı hər iki həkimin dəfn olunduğu məzarlığı ziyarət edərək qəbirləri üstünə əklil qoyublar.
Bioloji Təbabət muzeyinin açılışı ilə bağlı tədbiri giriş sözü ilə Bioloji Təbabət MMC-nin təsisçisi və baş direktoru Elxan Yaqubov açaraq Azərbaycanda biotənzimləyici müalicə üsulunun uğurlu nəticələrə imza atdığı bir vaxtda belə bir muzeyin yaradılmasının vacib olduğunu vurğulayıb. Direktor çıxışında bu gün Azərbaycanda biotənzimləyici terapiyanın geniş yayılaraq uğur qazanmasında hər iki həkimin böyük zəhməti olduğunu söyləyib. Buna görə də onların ruhu qarşısında hörmət və təşəkkürün ifadəsi olaraq Bioloji Təbabət muzeyində xatirələrini əbədiləşdirmək üçün büstləri hazırlanıb.
Sonra büstlərin üzərindəki örtük açıldı, ailə üzvləri və yaxınları tərəfindən ətrafına gül dəstələri qoyuldu. Bioloji Təbabət və Antihomotoksik Təbabət Cəmiyyətinin sədri, professor Fikriyyə xanım İbrahimova, Bioloji Təbabət klinikasının direktor müavini Səbirə Yaqubova,baş həkim Gülnar Quliyeva, eləcə də vaxtı ilə Vahid doktor və Elaza xanımla birgə çalışmış həkim qonaqlar çıxışlarında dünyalarını dəyişsələr də hər iki mərhumun həm peşəkar həkim, həm də xeyirxah, qayğıkeş, mərd insan kimi onların xatirəsində həmişə yaşayacaqlarını qeyd ediblər.




 
Bölməyə aid digər xəbərlər
27.02.2020
Koronavirusdan necə qorunmaq olar? - VİDEO
26.02.2020
Rusiyalı alimlər koronavirusa qarşı peyvəndin beş prototipini hazırlayır
26.02.2020
Türkiyǝli alimdǝn koronavirusla bağlı ixtira
26.02.2020
Türkiyə korona virusu ilə əlaqədar güclü tədbirlər həyata keçirdi
25.02.2020
Dünyanı sevindirən xəbər: Koronavirusun dərmanı tapıldı

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11456

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info