“Kistoz fibrozlular həyati-vacib dərmanla təmin olunmalıdırlar”
Tarix: 21.01.2020 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


“Kistoz fibrozlular həyati-vacib dərmanla təmin olunmalıdırlar”. Bu fikri kistoz fibroz Xəstələrinə Yardım İctimai Birliyinin sədri Səadət Bayramova KİV-ə açıqlamasında bildirib.
Təşkilat sədri qeyd edib ki, kistoz fibroz xəstəliyinin diaqnostikasından tutmuş (tər testi, genetik test və s.) müayinə, müalicə və dərman preparatları ilə təmin olunmaması xəstələrimizin vəziyyətlərini xeyli çətinləşdirir. Belə ki, kistoz fibroz xəstəliyinin müalicəsində həyati önəm daşıyan dərman preparatlarının çoxu Azərbaycanda, ümumiyyətlə qeydiyyatdan belə, keçməmişdir.
Problemlərin həlli prioritet məsələ olmalıdır. Çünki kistoz fibroz genetik qalıcı xəstəlik olduğundan zamanında veriləcək dəstək xəstələrimizin həyat keyfiyyətini artıracaq, yaşam müddətini uzadacaq, ailələrimizin “yükünü” azaldacaq.
Kistoz fibroz xəstəliyində ən çox zədələnən orqan ağciyər olduğundan (zamanla digər orqanlarda ola bilər), bu vəziyyətdə həyat qurtarıcı müalicə ağciyər nəqlidir ki, hal-hazırda ölkəmizdə həyata keçirilməməklə yanaşı xeyli bahalı proseduradır.
Səadət Bayramova bildirib ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, kistoz fibroz xəstəliyindən əziyyət çəkən pasientlər dövlət tərəfindən dərman preparatları ilə təmin olunmaqları vacibdir.
Xatırladaq ki, kistoz fibroz xəstəliyindən əziyyət çəkən uşaqların valideynləri tərəfindən bir neçə dəfə Change.org saytında petisiya başladılıb. Saytda bildirilir: “Biz kistoz fibrozlu ailələri çıxılmaz vəziyyətdə qalmışıq, balalarımıza kömək edin! Bildiririk ki, bizim övladlarımız genetik xəstəlik olan kistoz fibroz xəstəliyindən əziyyət çəkirlər. Bu xəstəlik daimi həkim nəzarətində olmalı və davamlı müəyyən dərman preparatlarını qəbul etməli olan bir xəstəlikdir. Xəstəliyin əsas dərmanları Azərbaycanda satılmır (qeydiyyata alınmayıb) və xaricdən davamlı almağa maddi imkanımız kifayət etmir, həmçinin gətirtmək çətinlikləri, xərcləri də əlavə”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Azərbaycandakı uzunömürlülər “Ginnesin Rekordlar Kitabı“na niyə salınmır?
19.02.2020
Ombudsman Nərminin qətlində təqsirləndirilən şəxslə görüşüb
19.02.2020
Kestutis Yankauskas Gömrük Akademiyasında mühazirə oxuyub
19.02.2020
Daşınmaz əmlakın icbari sığortası kimə daha çox lazımmış…?!
19.02.2020
“DigitaLand – Rəqəmsal Vətən” layihəsi başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info