IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
Tarix: 21.01.2020 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


IDEA İctimai Birliyi ağac kəsilməsi, vəhşi heyvanların qanunsuz saxlanması və qaçaqmalçılığı ilə yanaşı, küçə və digər ictimai yerlərdə su sızmalarının aşkar edilməsi halları ilə rastlaşdıqları zaman da vətəndaşları IDEA-nın “1113 - Təbiətin təcili yardımı” qaynar xəttinə məlumat verməyə çağırır. İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, xüsusi yaradılmış eyniadlı mobil qrup daxil olan şikayətləri yerində araşdıracaq, foto və videomateriallar toplayaraq, müvafiq dövlət qurumları ilə birlikdə təxirəsalınmaz tədbirlər görəcək.
Məlumdur ki, su həyatı təmin edən əvəzolunmaz nemətdir. Amma təəssüf ki, əksər ölkələrdə məişət suyu itkiləri 20-70 faiz arasındadır və bu itkilər suyun küçə və digər ictimai yerlərdə sızması nəticəsində baş verir. Bununla da, əhalisi sürətlə artan dünyada şirin suyun mövcudluğu daha da məhdudlaşa bilər. Su ehtiyatlarından səmərəli istifadə etmək və su itkilərini əhəmiyyətli dərəcədə azaltmaq qarşıda duran önəmli məsələlərdəndir. Bunu nəzərə alaraq, IDEA İctimai Birliyi bir daha hər kəsi ətraf mühitə qarşı məsuliyyətli olmağa, su israfına yol verməməyə və su təchizatı şəbəkələrində sızma və ya qəzalar ilə bağlı dərhal “1113” qaynar xəttinə məlumat verməyə çağırır!
Qeyd edək ki, “1113 - Təbiətin təcili yardımı” qaynar xətti və mobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb. Sözügedən qaynar xəttə daxil olmuş yüzlərlə vətəndaş şikayəti üzrə tədbir görülüb.




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19.02.2020
İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
19.02.2020
Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradılır
19.02.2020
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gedib
19.02.2020
MSK Mingəçevir seçki dairəsi üzrə 3 məntəqədə səsvermənin nəticələrini ləğv etdi

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info