Xəzərin sahilində yeniləşən Astaram
Tarix: 21.01.2020 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Müstəqil Azərbaycan dövlətinin uğurlu inkişaf strateqiyasının istiqamətlərini müəyyənləşdirərək bugünkü tərəqqiyə çatdıran ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yüksək məharətlə davam etdirən möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkəmiz gündən-günə inkişaf edir, gözəl, abad, yaraşıqlı bir diyara çevrilir.
Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişaf etdikcə əsasən neft sənayesindən dövlət büdcəsinə daxil olan gəlirlər qeyri-neft sektorunun inkişafına, o cümlədən mühüm sosial layihələrin həyata keçirilməsinə və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilir. Dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları paytaxt Bakı şəhəri ilə yanaşı bölgələrdə də böyük canlanmaya səbəb olmuşdur. Respublikanın bütün rayonlarında sürətlə aparılan tikinti-quruculuq və abadlıq işləri ilə şəhər, qəsəbə və kəndlərimiz gözəlləşir, insanların firavan yaşayışı üçün ideal şərait yaranır.
Astara rayonunda da son illərdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə əlaqədar genişmiqyaslı tədbirlər uğurla həyata keçirilir. Bu məqsədlə Prezidentin imzaladığı Sərəncamlarla ayrılan vəsait hesabına rayonun şəhər, qəsəbə və kəndlərində çoxlu tikinti-quruculuq, abadlıq işləri görülmüş, yüzlərlə yeni iş yerləri açılmışdır. Bu quruculuq işləri rayonun hüsnünə misilsiz gözəllik verir. Azərbaycanın dilbər guşələrindən biri olan Astaramız təbiətin bəxş etdiyi nadir gözəllikləri ilə yanaşı, insan əməyi ilə yaranan gözəllikləri ilə də fəxr edir. Son beş-altı ildə görülən işləri sadalamaqla qurtaran deyil.
Astara şəhərinin mərkəzində ən müasir memarlıq üslubunda inşa edilmiş Heydər Əliyev Mərkəzi, Gənclər evi, Astara Olimpiya-İdman kompleksi, Astara Boks Mərkəzi, 40-dan çox yeni tikilmiş, yaxud əsaslı təmir olunaraq istifadəyə verilmiş məktəblər, yenidən qurularaq əsaslı təmir olunan Astara Rayon Mərkəzi xəstəxanası, yeni tikilmiş inzibati idarə və yüksək səviyyədə təmir edilmiş ictimai yaşayış binaları, 10 kilometrlərlə şəhərdaxili və kənd ara yolları, Astara şəhərinə çəkilən içməli su şəbəkəsi,
rayon ərazisindən keçən çaylarda aparılan sahilbərkitmə işləri... Bundan əlavə Astara şəhərinin prospekt və küçələrinin yenidən qurularaq müasir işıqlandırma sistemi ilə təmin edilməsi, çoxmərtəbəli ictimai yaşayış binaların dam örtüklərinin dəyişdirilməsi, fasad və bloklarının təmir edilməsi son illər görülən işlərdir.
Azərbaycanın cənubdan giriş qapısı olan Astara rayonunda əsaslı şəkildə yenidənqurma işləri sürətlə davam edir. Təkcə bu il Səncərədi kəndində yeni uşaq bağçası, Kijəbə qəsəbəsində uzunluğu 2 km olan, 150 ev təsərrüfatını suvarma suyu ilə təmin edən su xətti çəkilmiş, Ərçivan qəsəbəsində çəltik emalı zavodu və çəltik dəyirmanı, Motalayataq kəndində tibb məntəqəsi, 360 şagird yerlik Burzubənd kənd tam orta, Qapıçıməhəllə kənd ümumi orta, Şəmətük, Dolu, Lomin və Dürriyə kənd ibtidai məktəb binaları, Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binası tikilib istifadəyə verilmiş, Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yoluna asfalt çəkilmişdir. Hazırda torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş şəxslər üçün 36 mənzilli yaşayış binasının tikintisinə başlanmış, “Zirvə” beynəlxalq idman klubu tərəfindən beynəlxalq yarışların keçirilməsi üçün basketbol meydançası və idman zalının, Siyaku kəndində bal emalı məntəqəsinin tikintisi yekunlaşmaq üzrədir.
Xəzər dənizi sahilində salınan park-bulvar kompleksi və rayonun ən ucqar dağ kəndlərinə çəkilən avtomobil yolları isə bir ayrı mənzərədir. Son illər rayon ərazisində ümumilikdə 150 kilometrdən çox avtomobil yolu asfaltlaşdırılmışdır. Xüsusilə rayonun ən ucqar dağlıq əraziləri olan, mərkəzdən 35-45 km aralıda yerləşən, 30 min nəfər əhalinin yaşadığı 45 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş, Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi Astaramızın tarixində unudulmaz hadisələrdəndir.
Yüksək səviyyədə tikilərək asfaltlaşdırılan avtomobil yolları rayonun aranlı-dağlı bütün yaşayış məntəqələrini birləşdirir. İllərlə böyük əziyyətlə piyada getdiyimiz dağ yollarını indi ən müasir maşınlarla rahat və təhlükəsiz gedirik. Şəraitsizliyə görə ucqar kəndləri tərk edən gənclərimiz doğma kəndlərinə qayıdır, yeni müasir tipli evlər, ticarət obyektləri, istirahət guşələri tikilir, səfalı dağlar qoynuna gələn turistlərin sayı günbəgün artır.
Prezidentin Sərəncamı ilə mövcud olduğu tarixi ərzində elektrik xətti olmayan Şəvqo, Dolu, Diqo, Avyarud, Sibiyyət, Sekəşan kəndlərinə elektrik xətti çəkilmiş, yenicə elektrik enerjisi verilişinə başlanmışdır. Artıq uşaqlar hisli neft lampasının közərən işığında deyil, çıraqban elektrik işığında dərslərinə hazırlaşır, sakinlər müasir elektrik avadanlıqlarından məişətdə rahat istifadə edə bilirlər. Hazırda sıldırım qayaların qoynunda, çətin relyefdə yerləşən Dolu və Diqo kəndlərinə avtomobil yolunun çəkilişi üçün ən müasir texnikalar səfərbər edilmiş, yol çəkilişinə başlanmışdır. Bu kəndlərin tarixində bu da bir ilkdir. Bu avtomobil yolları təkcə Dolu və Diqo kəndlərini deyil, bu istiqamətdə yerləşən və heç vaxt yolu olmayan daha bir neçə dağ kəndini birləşdirəcək, burada yaşayan insanların əzablarına son qoyulacaq. Həlli mümkünsüz görünən bu problemin həllini görəndə, daim yolsuzluqdan əziyyət çəkən sakinlər indi şadyanalıq edir, bir-birinə təbriklər söyləyirlər. Nadir təbiəti ilə seçilən dağ kəndlərinə yeni salınan yollar bu yerlərin sakinlərinə xoşbəxtlik gətirən yeni həyat mənbəyinə çevrilibdir. Ağır texnika nəhəng, keçilməz sal qayaları yara-yara sanki öz ardınca rahatlıq, firavanlıq gətirir bu dağlara. İllərdir həsrətində olduqları ən böyük arzularına çatan sakinlər - kiçikdən böyüyə hər kəs bu rahatlığa, firavanlığa görə, Vətənə, Vətənin hər bir guşəsinə hədsiz sədaqətlə yanaşan, hər bir vətəndaşını böyük məhəbbətlə sevərək, yüksək diqqət və qayğıyla əhatə edən Prezidentə sonsuz məhəbbətlərini, dərin minnətdarlıqlarını bildirirlər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayonda aparılan bütün tikinti-quruculuq işlərinə şəxsən nəzarət etməsi, iş icraçılarına tez-tez baş çəkərək problemlərlə maraqlanıb tövsiyə və tapşırıqlarını verməsi, həmin işlərin daha keyfiyyətlə və vaxtında icrasına səbəb olur.
Müasirləşən yol şəbəkəsi infrastrukturu insanlara həm rahatlıq verir, həm də turizmin və regionların sosial-iqtisadi inkişafı üçün mühüm amilə çevrilir.
İnsanların xəyallarına gətirmədiyi bu cür möhtəşəm layihələrin reallaşması, ən ucqar kəndlərimizin hərtərəfli, sürətli inkişafı, Prezidentin ölkə vətəndaşlarına olan hədsiz diqqət və qayğısının davamlı sübutu, müstəqil Azərbaycanımızın sürətli inkişafının bariz nümunəsidir.
Tikinti-quruculuq sahəsində rayonda həyata keçirilən ən böyük layihələrdən biri də Xəzər dənizi sahilində hektarlarla bataqlığa çevrilmiş kol və qamışların örtdüyü ərazinin qurudularaq abadlaşdırılması, ən müasir memarlıq üslubunda dənizkənarı park-bulvar kompleksinin salınmasıdır. Burada İran sərhədinə yaxın ərazidə Azərbaycan bayrağının dalğalandığı Bayraq meydanı, mğhtəşəm qala divarı, şəlalə, fantan, fitnes və uşaq əyləncə meydançası tikilmişdir. Atçılıq mərkəzi, avtokartinq meydançası, velosiped zolağı, kafe çay evi, karusellərin xidməti ilə burada insanlar mənalı istirahət edir, asudə vaxtlarını səmərəli keçirirlər.
Park-bulvarın şöhrəti nəinki respublikamızda, onun hüdudlarından kənara da yayılmışdır. Qonşu ölkələrlə yanaşı, hətta Avropa ölkələrindən hər il yaz-yay mövsümündə minlərlə turist və rayona gələn qonaqlar dənizkənarı park-bulvarda fəaliyyət göstərən kotteclərdə, hotellərdə və digər xidmət obyektlərində istədikləri kimi istirahət edə bilirlər. Hazırda park-bulvarın ətrafında müasir turizm infrastrukturları – mehmanxana və hotellər tikmək, idman-əyləncə obyektləri yaratmaq, çoxmərtəbəli ictimai yaşayış binaları, iaşə obyektləri inşa etməklə yeni iş yerlərinin açılması üçün tədbirlər planlaşdırılır.
Park-bulvarın salınması, tarixi, mədəni, təbiət abidələri ilə zəngin olan gözəl və saf təbiətə malik ucqar dağ kəndlərinə asfalt yolların çəkilməsi ilə rayona gələn turistlərin sayı ildən-ilə artır. Böyük turizm potensialı olan, mülayim subtropik iqlimə malik rayonumuzda Xəzər dənizi sahilində çimərliklər, Sım, Ağkörpü, Asxanakəran, Toradi kəndlərində, İstisuda termal sular, nadir təbii landşaft və təbiət abidələri vardır. Rayon üzrə müəyyən edilmiş turizm marşrutları əsasən daşınmaz tarix və mədəniyyət abidələri, tarixi yerlər, ziyarətgahlar, inanc yerləri ilə yanaşı eyni zamanda, nadir el sənətkarlığının, qədim adət ənənələrinin və folklorunun qorunduğu, inkişaf etdiyi yaşayış məntəqələrindən keçir. Bu yaşayış məntəqələrinin yol infrstrukturunun yaxşılaşdırılması nəticəsində kənd-yaşıl turizmi və mədəni turizmin inkişafına geniş imkanlar açılmışdır.
Beynəlxalq əhəmiyyətli Ələt-Astara avtomobil yolunun tikintisi Respublikada, o cümlədən, regionlarda turizmin, kənd təsərrüfatının və iqtisadiyyatın bütün sahələrinin inkişafına sanballı töhfəsini verməkdədir. Yol istifadəyə veriləndən sonra Lənkəran hava limanından Astara şəhərinə qədər məsafə 15 dəqiqə təşkil edir ki, bu da rayona gələn turistlərin işini xeyli asanlaşdırmışdır. Hazırda icrasına başlanmış ən böyük layihə cənab Peezidentin sərəncamı ilə Bakı-Astara dəmir yol xəttinin Xəzər dənizi sahilindən Ələt-Astara magistral yoluna paralel köçürülməsi işidir. Bununla dəniz sahili genişlənəcək və dənizlə sərhəd aradan qaldırılaraq ərazidə infrastruktur layihələr həyata keçiriləcək.
Astara şəhərinin su təchizatının yaxşılaşdırılmasından ötrü Xanbulançay su anbarından çəkilən içməli su xətti layihəsi də son illərin həllini tapmış mühüm sosial məsələlərdən biridir. Astara şəhərindən sonra xətt boyunca yerləşən bütün yaşayış məntəqələrinə su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, bundan ümumilikdə 100 min nəfərdən çox sakin faydalanacaqdır. Hazırda rayonun 27 kəndinə magistral kəmərdən çıxışlar verilmiş, digər kəndlərə su xəttinin çəkilişi davam etdirilir.

(Ardı var)
Mərasim Hacızadə
Astara rayonu




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Mingəçevirin icra başçısı xocalılılarla görüşüb
25.02.2020
Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində mobil səyyar hospital xidmətə başlayıb
25.02.2020
Şəhid olan sərhədçi əsgərimiz dəfn edilib
25.02.2020
Aİİ-nin heyəti Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbirdə iştirak edib
25.02.2020
“Azərişıq” gücləndirilmiş rejimə keçdi

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Ötən il Astarada 1900 yeni iş yeri açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info