Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması haqqında niyyət protokolu imzalanıb
Tarix: 21.01.2020 | Saat: 22:34:00 | E-mail | Çapa göndər



Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.


APA xəbər verir ki, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Forumun 50 illik yubileyi münasibətilə tədbirin nüfuzlu qonaqları üçün çox məhdud sayda – cəmi 200 ədəd hazırlanan şokolad dəstini dövlətimizin başçısına hədiyyə edib.

Görüşdə Azərbaycan ilə Davos Forumu arasında münasibətlərin tarixi və onun əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb. Ölkəmizin regionda iqtisadiyyat, nəqliyyat, infrastruktur sahələrində oynadığı rolun vacibliyi vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevlə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında ötən il imzalanmış memorandumun davamı kimi bu gün imzalanacaq niyyət protokolunun əhəmiyyəti qeyd edilib. Sənədə əsasən Forumun ölkəmizdə afilə edilmiş regional mərkəzi yaradılacaq.

Söhbət zamanı vurğulanıb ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.
Sonra Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb.

Sənədi Prezident İlham Əliyev və Forumun prezidenti Borge Brende imzalayıblar.

Borge Brende: Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox sağ olun. Bu, bizim əlaqələrimizin yeni səhifəsi üçün yaxşı başlanğıcdır.

Borge Brende: Biz, həmçinin bilirik ki, Siz qarşıya hədəf qoyanda onu həyata keçirirsiniz. Düşünürəm ki, Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq.

Prezident İlham Əliyev:
Biz çox fəxr edirik ki, Davos Forumu ilə bu mühüm sənədi imzalayan ilk ölkələr arasındayıq. Bu, həqiqətən də bizim əlaqələrimizdə yeni səhifədir. Ümidvaram ki, gələcək keçmiş qədər uğurlu olacaq.

Borge Brende:
Təbrik edirəm. Bütün dəstəyinizə görə təşəkkür edirəm.

Prezident İlham Əliyev:
Təşəkkür edirəm.




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Bako Saakyan hətta “QHT” səviyyəsinə çata bilməyib
18.02.2020
ÜmumAvropa Qarabağ mitinqi-Berlin, 22 fevral 2020
18.02.2020
Tural İsmayılov: “Paşinyana qarşı erməni lobbisi də etiraza başlayıb artıq”
18.02.2020
Əliyev-Paşinyan debatında diqqətdən qaçan məqam
17.02.2020
MSK 34 saylı Xətai III Seçki Dairəsi üzrə 7 məntəqədə seçkinin nəticələrini ləğv edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Sarayın ləzzətləri: mutancana
3 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
4 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
5 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info