Arının ölüsü də insan üçün xeyirlidir
Tarix: 22.01.2020 | Saat: 02:11:00 | E-mail | Çapa göndər


Qırx milyon il əvvəl yaranan arılar bir vaxtlar qədim yunanlılar və romalılar tərəfindən "Günəşin qızı", "Müqəddəs varlıq" hesab olunub.
Arıları istehsal etdiyi dəyərli təbii məhsullarına görə loğman da sayırlar. Milyonlarla çiçəkdən topladığı bal kimi, arının ölüsündən də dərman vasitəsi olaraq istifadə edilir. Qədim zamanlardan loğmanlar tərəfindən arının ölüsündən xüsusi dərmanlar hazırlanırmış. Qərb bölgəsində arıçılar bu dəyərli canlının balı ilə yanaşı, ölüsündən də faydalanırlar.
Saglamolun.Az AZƏRTAC-a istinadən bildirir ki, iyirmi ildir arıçılıqla məşğul olan Qazax şəhər sakini, arıçı İlqar Həsənov təkcə bal götürməklə kifayətlənmir. O, arının ölüsünün də xeyirli olduğunu söyləyir.

Ölü arılardan dərman hazırlayan İlqar Həsənov deyir ki, cəmi 40-45 gün ömrü olan arının ölüsü yüzə qədər xəstəliyin sağalmasında köməkçi vasitədir. Arı südünün, mum güvəsindən hazırlanan məhsulun əks təsiri ola bilər, ancaq arı ölüsünün heç bir əks təsiri yoxdur. Yay mövsümündə arı ölüsündən hazırlanan dərmanlar daha effektiv olur.
Həmsöhbətimiz bildirib ki, bu canlıların ölüsü yaxşı qurudulmalıdır. "Toz halına salındıqdan sonra dərman vasitəsi hazırlanır. Arı ölüsündə olan xitozan maddəsi qanda xolestrinin azalmasına, bağırsaqların təmizlənməsinə kömək edir. Böyrək, zob, revmatizm xəstəliklərinə, qan təzyiqinin normallaşmasına müsbət təsir göstərir", - deyə arıçı qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
27.02.2020
Koronavirusdan necə qorunmaq olar? - VİDEO
26.02.2020
Rusiyalı alimlər koronavirusa qarşı peyvəndin beş prototipini hazırlayır
26.02.2020
Türkiyǝli alimdǝn koronavirusla bağlı ixtira
26.02.2020
Türkiyə korona virusu ilə əlaqədar güclü tədbirlər həyata keçirdi
25.02.2020
Dünyanı sevindirən xəbər: Koronavirusun dərmanı tapıldı

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11456

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info