Qadın sahibkarlar üçün “Scale Up” akselerator proqramı fəaliyyətə başlayıb
Tarix: 22.01.2020 | Saat: 14:53:00 | E-mail | Çapa göndər


Qadın sahibkarlar üçün "Scale Up” akselerator proqramı fəaliyyətə başlayıb.
Proqramda iştirak etmək üçün 2019-cu ilin dekabr ayından etibarən başlayan ərizə qəbulu 18 müraciətçinin seçilməsi ilə tamamlanıb. Beləliklə, finalçılar 6 həftə boyunca kiçik və orta sahibkarlıqla məşğul olan qadınlar üçün hazırlanmış xüsusi maarifləndirici proqramda iştirak etmək hüququ qazanıb.
Müraciətçilərin seçimi zamanı biznes quruculuğu təcrübəsi, sahibkarlıq mühitində çətinliklərin öhdəsindən gəlmə yolları, gələcəkdə biznesin genişləndirilməsi potensialı, eləcə də “Scale Up” proqramının onların fəaliyyətinə, peşəkar və fərdi inkişafına nə kimi töhfə verəcəyi əsas götürülüb.
Proqramda iştirak etmək hüququ qazanan xanımlar turizm, təhsil, biznes məsləhətçiliyi, qida və dəb sənayesi də daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində bizneslərini yürüdən sahibkarlardır.
"Azərbaycan İşgüzar Qadınları" təşkilatının təsisçisi Tatyana Mikayılova dəyişikliklərin idarə edilməsini müasir qadının həm işində, həm də bütövlükdə cəmiyyətdə uğurlu olmasını təyin edən bir bacarıq adlandırıb.
Məhz bu səbəbdən biz bu gün biznes üçün vacib olan kommunikasiya, rəqəmsal transformasiya, vençur sərmayələri kontekstində maliyyə, əqli mülkiyyət hüquqları və şəxsi məşqçilik kimi amilləri əhatə edən yeni bir proqram yaratdıq.
“Bu gün qadın sahibkar milli iqtisadiyyatın, xüsusilə də kiçik və orta sahibkarlıq seqmentinin inkişafında vacib rol oynayan bəndə çevrilib. Dəyişən dünyada biznesi müvəffəqiyyətlə idarə etmək və onun inkişafı üçün davamlı olaraq imkanlar yaratmaq tamamilə yeni bir yanaşma, bilik və bacarıq, həmçinin daima təkmilləşmə, o cümlədən uyğunlaşma üçün cəsarət və hazırlıq tələb edir."-deyə Tatyana Mikayılova bildirib.
İştirakçılar proqrama qatılma səbəblərindən bəhs edərkən, bizneslərinin genişləndirilməsi imkanlarını daha aydın şəkildə anlamaq və bu imkanları düzgün qiymətləndirmək, yeni hədəfləri müəyyən etmək, həmçinin gələcək çağırışlara hazır olmaq istəklərini vurğulayıblar.
"Scale Up” akselerator proqramı “Azərbaycan İşgüzar Qadınları” təşkilatının təşəbbüsü, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Azərbaycandakı Səfirliyi, PAŞA Bank və “PwC Azerbaijan” şirkətinin birgə dəstəyi ilə ərsəyə gəlib.
"Scale Up” akselerator proqramının əsas məqsədi kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlara bizneslərini daha uğurla idarə etmək üçün zəruri biliklər vermək, eləcə də onların ölkə iqtisadiyyatının inkişafındakı rolunu və təsirini artırmaqdır.




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Azərbaycanda bir ayda 192 minik avtomobili istehsal olunub
18.02.2020
“Azerçay” Moskvada təşkil edilmiş beynəlxalq sərgidə iştirak edib
18.02.2020
Azərbaycan ilə Gürcüstan arasında daha bir sənəd imzalanıb
18.02.2020
Koronavirusun təsiri qlobal ticarətdə hiss olunur
18.02.2020
Vüsal Qasımlı: Azərbaycan hər nəfərə düşən büdcə xərclərinə görə regional liderdir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Sarayın ləzzətləri: mutancana
3 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
4 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
5 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info