1912-ci ildə batan “Titanic” gəmisi ilə əlaqəli razılaşma qüvvəyə mindi
Tarix: 22.01.2020 | Saat: 14:55:00 | E-mail | Çapa göndər


1912-ci ildə bir aysberqə çırpılan lüks kruiz gəmisi “Titanic”in qalığı İngiltərə və ABŞ arasında imzalanan müqavilə ilə qorunacaqdır.

Ingiltərə Nəqliyyat Nazirliyinin açıqlamasına görə İngiltərənin 2003-cü ildə imzaladığı razılaşma, ABŞ-ın dövlət katibi Mayk Pompeonun 2019-cu ilin sonunda təsdiqi ilə qüvvəyə mindi.

Müqavilə Britaniya və Amerika hökumətlərinə qalığa daxil olmaq və ya oradaki obyektləri çıxarmaq üçün lisenziyaları qəbul etmək və ya rədd etmək hüququnu verir.

İngilis Dəniz naziri Nusrat Qani açıqlamasında : “Qalığın qorunmasına dair ABŞ ilə bağlanan müqavilə 1500-dən çox insanın əbədi istirahətgahının da qorunacağı mənasını verir. İngiltərə qalığın daha güclü qorunması üçün Şimali Atlantikanın digər dövlətləri ilə də əməkdaşlıq edəcək”.

Qeyd edək ki, “Titanik” ilk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki min 316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, min 514 nəfər həlak olmuşdur.




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Ölümdən sonra həyat var?
19.02.2020
Uşağın ağlını artıran qidalar
18.02.2020
Türkiyə çempionatında it oyunu dayandırdı -VİDEO
18.02.2020
Səkkiz yaşlı uşaq qocalıqdan öldü
16.02.2020
Koronavirusa qarşı robotlarla mübarizə

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info