“Mastercard” və tərəfdaşları “Qiymətsiz Planet Koalisiyası“ yaradıblar
Tarix: 22.01.2020 | Saat: 14:57:00 | E-mail | Çapa göndər


Koalisiya üzvləri 5 il ərzində 100 milyon ağac əkmək üçün istehlakçı və şirkətləri bu təşəbbüsə qatılmağa dəvət edir

“Mastercard” şirkəti "Qiymətsiz Planet Koalisiyası"nın yaradıldığını elan edib. Koalisiya korporativ dayanıqlılıq səylərini birləşdirmək və ətraf mühiti qorumaq üçün düşünülmüş yatırımlar etməyi təmin edən unikal platformadır. "Qiymətsiz Planet Koalisiyası" 5 il ərzində 100 milyon ağac əkməyi vəd edir.
Ətraf mühitə ixrac edilən karbon tullantılarını azaltmağa kömək etmək üçün şirkətlərin enerjiyə qənaət edən iş yerlərinə və əməliyyatlara investisiya qoymaları, həmçinin bərpa olunan enerjidən istifadə etmələri və dayanıqlı tədarük zəncirini dəstəkləmələri həlledici faktordur.
"Kim olduğunuzdan və nə etməyinizdən asılı olmayaraq, iqlim dəyişikliyi sizə təsir edir. Lakin, o, ən böyük mənfi təsirini sosial və iqtisadi cəhətdən həssas olanlara göstərir. Artıq ətraf mühitdə buraxdığımız izlərə laqeyd olmağın vaxtı keçib. Hazırki kursumuzu dəyişdirmək və hamımızı daha yaxşı gələcəyə hazırlamaq üçün ən yaxşı şansımız şirkətlər və istehlakçıları ortaq bir hədəfə doğru eyni istiqamətə yönəltməkdir,"- deyə “Mastercard”ın prezidenti və baş icraçı direktoru Ajay Banqa bildirib.
“Mastercard” və onun müştərilərinin xidmətləri təxminən 3 milyard istehlakçı və korporativ kart sahiblərini əhatə edir. Bu yeni öhdəliyin əsas elementlərindən biri həmin insanları hərəkətə keçməyə ruhlandırmaqdır.
İştirakçı şirkətlər öz dayanaqlılıq strategiyalarını həyata keçirməyə davam etdirməklə yanaşı, həm də Koalisiya daxilində birgə kampaniyalar üçün də əməkdaşlıq edəcəklər. Kampaniya London, Nyu York, Stokholm, Helsinki, Ankara, Barselona və bir çox tərəfdaş şəhərlərdə başladılacaq.
Paralel olaraq, “Mastercard”ın korporativ kart müştəriləri, öz işçilərinin səyahət, alış-veriş və xidmətlər üçün kart ödənişləri zamanı Koalisiyanın ağacəkmə təşəbbüslərinə töhfə verə biləcəklər.
Kampaniyaya maraq göstərən maliyyə qurumları, ticarətçilər, istehlakçılar və dünyanın dörd bir tərəfindəki rəqəmsal tərəfdaşlar bu işdə iştirak etməyə və həmçinin ağacəkmə proqramına töhfə vermək üçün istehlakçı və işçiləri cəlb etməyə dəvət olunurlar.
“Mastercard”ın qlobal ödəmə infrastrukturu kampaniyaya töhfə vermək üçün bır sıra aparıcı pərakəndə mərkəzlərində "yuvarlaqlaşdırma" kimi əlavə üsullar təqdim edir. Bu üsul vasitəsilə kart sahibi istehlakçılar ödəniş nöqtəsində öz ödənişlərinə "ağacəkmə ianəsi" də əlavə edə bilərlər.




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Baş infeksionist koronavirusla bağlı xəbərdarlıq etdi
18.02.2020
Azərbaycanda övladlığagötürmə ilə bağlı elektron müraciət qaydası açıqlanıb
17.02.2020
Spirtli və enerji içkiləri üçün aksiz dərəcələri artırıldı
17.02.2020
Siqaretin qiyməti yenidən qalxacaq
17.02.2020
Daha bir neçə ərazi sintetik torlardan təmizləndi-FOTOLAR

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Sarayın ləzzətləri: mutancana
3 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
4 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
5 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info