Livanda yeni hökumət quruldu
Tarix: 22.01.2020 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


Livanda əleyhinə aksiyaların keçirilməsi səbəbindən ötən ilin oktyabr ayının 29-u tarixində istefa verən Baş Nazir Səid Həriridən sonra ölkəyə yeni Baş Nazir seçilib.

Bildirilib ki, Həsən Diyab adlı siyasətçinin Baş Nazirliyi ilə artıq yeni Nazirlər Kabineti də qurulub. Prezident Mişel Aunun Nazirlər Kabinetinin yeni tərkibini təsdiqlədiyi diqqətə çatdırılıb. Yeni Baş Nazir Həsən Diyab Baabdakı Prezident sarayında Mişel Aun ilə də görüş keçirib. Görüşün əsas mövzusunun ölkədəki böhran olduğu verilən məlumatlar arasındadır.
Yeni Baş Naziri Diyab görüşdən sonra təşkil etdiyi mətbuat konfransında başçılıq edəcəyi yeni kabinet siyahısını ictimaiyyətlə bölüşdü. Kabinetin texnokratlardan ibarət olduğunu ifadə edən Diyab yeni seçki qanunun qəbul edilməsi üçün lazımı addımları atacağını bildirib.

Livanın çətin bir dövrdən keçdiyini və ilk dəfə ölkəni xilas edəcək xüsusiyyətlərə sahib hökuməti formalaşdırana dək mübarizənin davam etdiyini xatırladıb və belə bir hökumətin yaranmasına töhfə verən aksiyaçıların inqilabçı olduqlarını qeyd edib. Nümayişçilərin tələblərini qarşılayacaq bir hökumətin yaradıldığına diqqət çəkən Baş Nazir Diyab talan edilmiş dövlət əmlakının qaytarılması və məhkəmə sisteminin müstəqilliyinin təmini üçün lazımlı tədbirlərin həyata keçiriləcəyini, ölkənin sahib olduğu bütün zənginliklərinin qorunacağını vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Pakistan “Raad-2“ qanadlı raketini sınaqdan keçirib
18.02.2020
Kalın Türkiyənin İdlibdəki səylərinin əsas məqsədini açıqladı
18.02.2020
BMT-dən atəşkəs çağırışı
18.02.2020
Türkiyə Yunanıstan prezidentinin sözlərinə sərt reaksiya verdi
18.02.2020
Paraqvayda fövqəladə vəziyyət tətbiq edilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Sarayın ləzzətləri: mutancana
3 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
4 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
5 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info