“Bədən kütlə indeksi 18,5-dən aşağı olarsa, bu insanlar çox arıq hesab edilir”
Tarix: 22.01.2020 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Mərkəzi Gömrük Hospitalının bariatrik cərrahı, t.f.d. Mojtaba Haşemzadeh “Həkim Məsləhəti” rubrikasında sualımızı cavablandırıb.
Mərkəzi Gömrük Hospitalının prioritet inkişaf istiqamətlərindən biri də bariatrik cərrahiyyədir. Hospitalının bariatrik cərrahı, t.f.d. Mojtaba Haşemzadeh ABŞ-ın Nyu York şəhərində Beth Universitetinin bariatrik cərrahiyyə fakültəsini, İran İslam Respublikasının Məşhəd Tibb Universitetini və Tehran Tibb Universitetlərini bitirib. Bu həkim dünyanın müxtəlif klinikalarında 8000-dən artıq bariatrik əməliyyatları uğurla icra edib. Hazırda onun pasiyentləri Mərkəzi Gömrük Hospitalına nəinki Azərbaycandan, həm də Böyük Britaniya, Kanada, İsveçrə, ABŞ, İran və başqa ölkələrdən müraciət edirlər.
Bariatrik cərrah Mojtaba Haşemzadeh “Həkim Məsləhəti” rubrikasında bariatrik əməliyyatların növləri haqqında məlumat verir.
- Doktor, biz bilirik ki, bariatrik əməliyyatların müxtəlif növləri var. Hansı hallarda bu əməliyyatları etmək lazımdır?
- Öncə bildirmək istəyirəm ki, Mərkəzi Gömrük Hospitalında istər mədəyə balon yerləşdirilməsi, istərsə də bütün növ mədə kiçiltmə əməliyyatları həyata keçirilir. Bu əməliyyatların seçimi pasiyentin boyundan və çəkisindən asılı olaraq müəyyən olunur. Əgər biz fərdin çəkisini boyunun kvadratına bölsək, ortaya çıxan indeks piylənmənin dərəcəsini göstərir. Bədən kütlə indeksi 18,5-dən 25-ə qədər olarsa, bu, normal göstəricidir.
Bədən kütlə indeksi 18,5-dən aşağı olarsa, bu insanlar çox arıq hesab edilir. Bədən kütlə indeksi 25 ilə 30 arasında olan insanlar artıq çəkili şəxslər sayılır.Köklük xəstəliyində bədən kütlə indeksi 30-dan yuxarı olur. Bu səbəbdən həmin şəxslər köklük və ya artıq çəki xəstəliyinə məruz qalan şəxslər kateqoriyasına aid edilir.
Bədən kütlə indeksinin 30-dan nə qədər yuxarı olmasından asılı olaraq, müəyyən kateqoriyaya aid xəstələrdə müəyyən müalicə metodları da fərdi olaraq təyin olunur. Məsələn, bədən kütlə indeksi 30-35-dən yuxarı olan insanların mədələrinə endoskopik üsulla balon yerləşdirməklə müalicə etmək mümkündür. Əgər 35-40 olarsa onlara, mədəkiçiltmə əməliyyatı olan esliv əməliyyatı təyin olunur.
Hansı xəstələrdə ki, bədən kütlə indeksi 40-dan yuxarıdır, onlara By Pass deyilən əməliyyat məsləhət görülür. Şəkərli diabet xəstələrinə isə adətən cərrahi ədəbiyyatda SASİ adlanan əməliyyat məsləhət görülür. Ona görə də həmin əməliyyat bir metabolik cərrahiyyə metodu sayılır. Digər qeyd etdiyim əməliyyatların hamısı isə bariatrik əməliyyatlar hesab edilir. Daha öncə qeyd etdiyim kimi Mərkəzi Gömrük Hospitalında metabolik və bariatrik əməliyyatlar həyata keçirilir.
Mən qeyd etmək istəyirəm ki, bariatrik cərrahiyyə - piylənmə və artıq çəkidən əziyyət çəkən insanların ömrünün uzadılması və sağlamlıqlarının qorunması üçün real şansdır. Bu xəstəliyi hər cür yolla, hətta cərrahi müdaxilə yolu ilə müalicə etmək önəmlidir.




 
Bölməyə aid digər xəbərlər
27.02.2020
Vüsal Qasımlı: Azərbaycanda maliyyə texnologiyalarının – finteklərin tətbiqi imkanları genişdir
24.02.2020
“Düz bağırsaq və yoğun bağırsaq xərçəngindən qurtulmaq realdır”
24.02.2020
“Könüllülük fəaliyyəti həm də bir təcrübədir”
24.02.2020
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik
21.02.2020
“Necə olub ki, repressiya illərində bütün dostları həbs edildiyi halda, Abdulla Şaiqə toxunan olmur?”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info