Akademiya prezidenti Yüksək Texnologiyalar Parkında olub
Tarix: 22.01.2020 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) yaradılmış iş şəraiti ilə tanış olub.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə AMEA İşlər idarəsinin müdiri, YT Parkın direktoru, professor Elton Məmmədov AMEA rəhbərliyinə Yüksək Texnologiyalar Parkının xəritəsi əsasında ərazinin plan-sxemi üzrə ətraflı məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış AMEA-nın Yüksək Texnologiyalar Parkında innovasiyayönümlü tədqiqat işlərinin istehsalatda yüksək texnologiyalarla tətbiqinə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb. E.Məmmədov ölkə üçün strateji əhəmiyyət kəsb edən müdafiə və mülki xarakterli layihələr, tədqiqat nəticələrinin yüksək elmtutumlu texnologiyalar üzərində tətbiqi və müxtəlif təyinatlı yüksək texnologiyaların işlənilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevi yüksək texnologiyaların istehsalı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi və perspektivdə duran layihələrin həyata keçirilməsinə dair mövcud vəziyyətlə tanış edən YT Parkın direktoru görülən işlər barədə ətraflı məlumat verib.
Son iki ay ərzində ərazidə aparılan tikinti-quruculuq, yenidənqurma işlərini özündə əks etdirən YT Parkın əvvəl və sonra dronla çəkilmiş vizual görüntüsü AMEA rəhbərliyinin diqqətinə təqdim edilib.
Sonra AMEA rəhbərliyi Xəzərətrafı regionda yeganə qaz laboratoriyası kimi neft və qaz məhsullarının analizi aparılan Elmi-analitik sınaq laboratoriyası ilə tanış olub. Buradakı elmi tədqiqat işləri, beynəlxalq və yerli müəssisələrlə, neft və qaz sektoruna aid elmi-tədqiqat institutları ilə bağlanmış müqavilələr barədə akademiya prezidentinə geniş məlumat verilib. Həmçinin Ölçmə vasitələrinin kalibrlənmə laboratoriyası, Təcrübə otağı, Təcrübə-sənaye zavodu və rezidentlərin iş şəraitinə baxış keçirilib, mülki, eləcə də müdafiə xarakterli istehsal sahələri və istehsal prosesləri ilə tanışlıq olub. Laboratoriya müdirləri və istehsal müəssisələrinin rəhbərləri AMEA Rəyasət Heyətinin üzvlərinə gördükləri işlər barədə ətraflı məlumat veriblər. Tədbir ərazidə son iki ayda aparılmış tikinti-quruculuq, yaşıllıq-abadlaşdırma işlərinə baxışla başa çatdırılıb.
Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri – birinci vitse-prezidentlər akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, vitse-prezidentlər – akademik Tofiq Nağıyev, akademik Dilqəm Tağıyev, akademik İradə Hüseynova, akademik Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov, habelə bir sıra elmi-tədqiqat müəssisələrinin rəhbərləri, elmi işçilər, YT Parkın əməkdaşları iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
“Dədəm Qorqudun sözü” kitabının təqdimatı olub
19.02.2020
BMU tələbələri “Əsgərə salam” aksiyasına qoşulublar
19.02.2020
Milli Kitabxananın nəşrləri Tarix İnstitutuna təqdim edilib
19.02.2020
Bakı Ali Neft Məktəbinin tələbələri Malayziyada qlobal innovasiya yarışmasının qalibi oldu
19.02.2020
BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info