Ukraynadakı diasporumuz deputatlığa namizədlərə müraciət edib
Tarix: 22.01.2020 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu adından Azərbaycan Respublikası Milli Məclisinin VI çağırışına seçiləcək millət vəkillərinə müraciət ünvanlanıb. Bu haqda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov məlumat verib.
Müraciətdə bildirilir ki, parlamentdə xalqın seçdiyi nümayəndələr ilk növbədə dövlətin və xalqın maraqlarını qorumaqda, onların haqq səsini dünyaya çatdırmaqda, pozulmuş hüquqlarını bərpa etməkdə mükəlləfdirlər: “Dünya tarixində xalqların azadlığı uğrunda aparmış olduqları mübarizələr onların böyük əksəriyyətinin öz müstəqil dövlətlərini qurması ilə nəticələnmiş, bu yolda insanlar hürriyyətləri üçün canlarından belə keçməkdən geri çəkilməmişlər. Bu günlərdə 30-cu ildönümünü qeyd etdiyimiz 1990-cı ilin Qanlı Yanvar hadisələrində müstəqilliyimiz naminə canından keçən şəhidlər üçün ancaq yas tutur, yürüş keçirir, məqalələr yazırıq. Onların, doğmalarının hüquqlarını, eləcə də, xalqımıza qarşı edilən hərbi cinayətlərin beynəlxalq hüquqi müstəvidə araşdırılması və cinayətkarların öz cəzalarını alması üçün heç bir məhkəmə və hərbi tribunallarda Milli Məclis tərəfindən aktiv iş aparıldığını görmürük. Başqa bir təəssüfedici məqam ondan ibarətdir ki, namizədlərin seçki platformalarında Azərbaycan xalqına qarşı törədilən bir çox cinayətlərə beynəlxalq səviyyədə hüquqi qiymətin verilməsi üçün konkret hərəkət planları yoxdur. Şübhəsiz ki, ölkənin qanunverici orqanına namizədlər daha qlobal məsələlərin həlli üçün seçilməli olduqlarını unutmamalıdırlar. Hesab edirik ki, bu xüsusda dünyadakı Azərbaycan diaspor təşkilatları və beynəlxalq səviyyəli vəkillərdən böyük dəstək alaraq birgə fəaliyyətə başlaya bilərik. Dünya təcrübəsi belə deməyə əsas verir ki, zaman-zaman dövlətlərin müstəqilliyinə qarşı edilən cinayətlərlə mübarizə, pozulmuş hüquqların bərpası, ədalətin bərqərar olması üçün müxtəlif ölkələrin parlamentlərində bu kimi məsələlərlə bağlı qanunlar qəbul edilmiş, beynəlxalq ictimaiyyətə müraciətlər olunmuşdur. Dünyanın ədaləti tükənsə də, beynəlxalq ictimaiyyət məhz beynəlxalq hüquqla tənzimlənən proseslərə istinad edərək bərpa olunmuş ədaləti tanımalı olur. Ədalətin hüquqi tərəfdən bərpası beynəlxalq məhkəmələrdən keçir. Təklif edirik ki, yeni parlament işə başlayan kimi Azərbaycana qarşı edilən cinayətlərlə (20 Yanvar, Xocalıda azərbaycanlıların qətliamı, Qarabağın Ermənistan tərəfindən işğalı, qaçqınların hüquqlarının pozulması və başqa cinayətlər) bağlı beynəlxalq məhkəmələrə və hərbi tribunallara Azərbaycan Respublikası adından parlament vasitəsilə rəsmi müraciətlər edilsin və cinayət işləri açılsın. Düşünürük ki, yuxarıda sadalanan cinayətlərlə bağlı MM-də qanunlar və bəyanatlar qəbul olunmalıdır. Eyni zamanda parlament nümayəndələri, tanınmış hüquqşünaslar və xaricdə yaşayan nüfuzlu soydaşlarımızdan ibarət işçi qrupu yaradılmalıdır”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Azərbaycanda parlament seçkiləri İsveçrə mətbuatında işıqlandırılıb
19.02.2020
4 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib
19.02.2020
Ermənilər atəşkəsi 21 dəfə pozublar
18.02.2020
Bako Saakyan hətta “QHT” səviyyəsinə çata bilməyib
18.02.2020
ÜmumAvropa Qarabağ mitinqi-Berlin, 22 fevral 2020

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info