“9 fevralda bütün dünya Azərbaycanda demokratik seçkilərin şahidi olacaq”
Tarix: 22.01.2020 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


“9 fevralda bütün dünya Azərbaycanda keçiriləcək demokratik seçkilərin şahidi olacaq”. Bu fikri Rusiyanın Tuva Respublikasının Qızıl şəhər şurasının deputatı, Tuva Karate Federasiyasının prezidenti Çingiz Əliyev gələn ay Azərbaycanda keçiriləcək parlament seçkiləri haqqında danışarkən bildirib.
Çingiz Əliyev deyib ki, parlament ölkənin bütün əhalisinin onlar tərəfindən seçilmiş üzvlər tərəfindən təmsil olunduğu bir dövlət orqanıdır: “Bir qayda olaraq, parlament, yaxud onun palataları milli seçkilərin nəticəsinə əsasən formalaşdırılır. Müasir dövlətlərdə parlamentlər bir qayda olaraq qanunverici orqan rolunu oynayır. Bu, ölkənin mühüm mexanizmlərindən biridir və ilk dəfə deyil ki, Azərbaycan parlament seçkiləri keçirir. 9 fevralda bütün dünya Azərbaycanda demokratik seçkilərin şahidi olacaq”. O bildirib ki, bu gün Azərbaycan dinamik inkişaf edən və bunu dünyaya göstərən ölkələrdən biridir: “Müasir və demokratik ölkə kimi, dünyada Azərbaycana olan maraq günü-gündən artır. Zənnimcə, bu nöqteyi-nəzərə əsaslanaraq, Azərbaycan öz düzgün mövqeyini nümayiş etməli və vətəndaşın səsinin ölkədə gücə və hörmətə sahib olduğunu göstərməlidir”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Xocalı faciəsində erməni tərəfinin fəaliyyətinə bəraət qazandıran hər kəs mühakimə olunmağa layiqdir
24.02.2020
İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib
24.02.2020
“ABŞ-ın sanksiyaları terrorçuluqdur”
24.02.2020
“Azərbaycan və İtaliya arasında əlaqələr yeni inkişaf mərhələsinə keçir”
22.02.2020
Xocalı soyqırımı insanlığa qarşı törədilən qanlı cinayətdir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info