Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
Tarix: 22.01.2020 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


Azərbaycanda bu il ərzində turizm bazarının normallaşdırılması və standartlara cavab verən turizm xidmətlərinin göstərilməsi üçün bir neçə müsbət addımın atılacağı gözlənilir.

Bunu “Palitra“ya Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev deyib. Onun sözlərinə görə, son illər ərzində ölkədə turizm şirkətlərinin sayının artması turizmin inkişafı baxımından müsbət hal hesab olunur. Amma digər tərəfdən bu artım keyfiyyətə mənfi təsir göstərir. Çünki qısa müddətdə yaradılan, heç bir standartlara cavab verməyən, düzgün xidmət göstərməyən agentliklər ümumilkdə uzun illər turizm sahəsində çalışan şirkətlərin imicinə birbaşa mənfi təsir göstərirlər. Bu da turistlər tərəfindən turizm şirkətləri haqqında ümumi mənfi rəy formalaşdırır.

R.Hacıyev bildirib ki, digər önəmli məsələ keyfiyyətsiz turizm xidmətlərinin göstərilməsidir ki, bu da Azərbacanın turizm imicinə mənfi təsir göstərir: “Bu problemləri nəzərə alaraq turizm sahəsində olan çatışmazlıqları aradan qaldırmaq üçün ötən ilin iyun ayında ətrafında sırf peşəkarları toplayan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasını yaratdıq. Bu gün qurumun İdarə Heyətinin tərkibində 3 büro və Ekspertlər Şurasından ibarət komissiyalar fəaliyyət göstərir. Həmin büro və komissiyalar assosiasiyanın fəaliyyətinin effektivliyini, aktivliyini təmin etmək üçün yaradılıb. Bu gün artıq assosiasiyamızın Azərbaycanın turizm bazarında öz fəaliyyəti, peşəkarlığı və vətəndaş məmnunluğunun təmin edilməsi baxımından seçilən 50 üzvü var. Bu il turizm bazarının normallaşdırılması və standartlara cavab verən turizm xidmətlərinin göstərilməsi üçün bir neçə müsbət addımın atılacağı gözlənilir. Buna misal olaraq, Dövlət Turizm Agentliyi tərəfindən təklif olunan turizm şirkətlərinin reyestrinin aparılması, mülki məsuliyyət sığortasının tətbiqini deyə bilərik”.
R.Hacıyev qeyd edib ki, assosiasiya tərəfindən üzvləri üçün müxtəlif treninqlərin keçirilməsi də nəzərdə tutulub: “Biz turizm subyektlərinin keyfiyyətli və standartlara cavab verən xidmət göstərmələri üçün tövsiyə xarakterli Etik Kodeks də hazırlayaraq içtimaiyyətə təqdim etmişik. Eyni zamanda, bu il “Turizm haqqında” yeni qanunun qüvvəyə minəcəyi gözlənilir ki, bu da fikrimcə, bazarın sağlamlaşdırılmasına xidmət edəcək”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
ATMU-nun tələbələri istehsalat təcrübəsində
18.02.2020
Azərbaycan və İran Bakıda turizmlə bağlı müştərək ofis yaradır
16.02.2020
Tehranda İran-Azərbaycan turizm simpoziumu keçirilib
16.02.2020
Naftalanda turistlər üçün satıcısız mağaza açılıb
16.02.2020
Novruz bayramında Təbriz, Məşhəd və İsfahan şəhərlərindən də Bakıya çarter reysləri təşkil olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info