Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
Tarix: 23.01.2020 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Rusiyalı ekspert Qriqori Trofimçuk: “Bu gün iki ölkə arasındakı əməkdaşlıqda dəyişiklik olmasa da, Ermənistanın hazırkı rəhbərliyinə Moskvanın inamı azalmaqda davam edir”

Ermənistanda artıq neçə gündən bəridir ki, fermerlərin etiraz mitinqləri keçirilir. Onların baş nazir Nikol Paşinyanla görüşmək cəhdləri uğursuzluqla nəticələnib. Belə ki, baş nazir etirazçıların dialoq təklifinə məhəl qoymayıb. Fermerlərin etirazlarının artıq ölkənin regionlarına da sirayət etdiyi barədə məlumatlar gəlməkdədir.
Məsələn, ötən gün İrəvan - Gümrü yolunu bağlayan Şirak fermerlərinə polisin müdaxilə etdiyi bildirilir.
Maraqlıdır ki, bir müddət əvvəl hakimiyyətin ölkədə orta təbəqə yaratmaq barədə dedikləri ilə indiki əməlləri heç cür üst-üstə düşmür. Aldadıldıqlarını dilə gətirən həmin təbəqə nümayəndələri hökuməti açıq şəkildə tənqid etməkdən çəkinmirlər. “Mənim fermamda təkcə bir heyvan qalıb ki, bu da mənəm, çünki vaxtilə Paşinyanın hakimiyyətə gəlməsini dəstəkləyənlərdən biri olmuşam” - deyə etirazçılardan biri yerli televiziyaya verdiyi açıqlamada bildirib. Qeyd edək ki, İrəvandakı fermer etirazının artıq geniş vüsət almağa doğru getməsinə baxmayaraq, Paşinyan hələ də güc tətbiq etməyə tərəddüd edir. Yaranmış vəziyyətlə erməni siyasilərinin mövqeləri də müxtəlifdir. Məsələn, keçmiş baş nazir Qrant Baqratyan fermerlərin etirazını haqlı sayır. Onun fikrincə, fermerlər gəlirlərinin əhəmiyyətli hissəsini yaxın vaxtlarda oliqarxa çevriləcək kəsim evləri rəhbərlərinə vermək istəmirlər. Vəziyyətin gərgin hal ala biləcəyindən ehtiyatlanan hakimiyyət təmsilçiləri etirazçılara qarşı əyalətlərin icra nümayəndələrini cəlb etmək məcburiyyətində qalıb. Əslində, bu gün Ermənistanda yaşananlar hakimiyyətin səbatsız idarəçiliyinin yekunu kimi başa düşülməlidir. Bunu artıq erməni ekspertlər də etiraf edirlər. Onlar yaranmış şəraitdə Paşinyanın kompromisə getməyəcəyi təqdirdə bu vəziyyətin elə də yaxşı sonluqla bitməyəcəyini xatırladırlar. Onu da qeyd edək ki,
bu günlərdə «Tert am» satına danışan rusiyalı siyasətçi Qriqori Trofimçuk Paşinyan hökumətinin Rusiyada artıq səriştəsiz kimi qəbul edildiyini etiraf edib. Trofimçukin sözlərinə görə, bu gün Rusiyanın ekspert dairəsində «Rusiya-Ermənistan münasibətləri» və «Nikol Paşinyan» kimi anlayışlar getdikcə daha çox paylaşılır. Bununla bağlı rusiyalı siyasətçi deyir: “Bu gün iki ölkə arasındakı əməkdaşlıqda elə bir dəyişiklik olmasa da, Ermənistanın hazırkı rəhbərliyinə Moskvanın inamı azalmaqda davam edir”. Fikirlərini əsaslandırmaq üçün rusiyalı siyasətçi tutarlı faktlar da gətirir. Məsələn, belə faktlardan biri kimi, Trofimçuk Paşinyanın sabiq prezident Serj Sarkisyan tərəfindən dövlət aktivlərinin qanunsuz ölkədən çıxarılmasının qarşısını almaq üçün ABŞ Federal Təhqiqat Bürosundan kömək istəməsini göstərir: “Sual yaranır: bəs, belə olan halda Paşinyanın rəhbərliyi altında Ermənistanın xüsusi xidmət orqanları nə işlə məşğuldurlar? Başqa bir misal, niyə Ermənistanın üzv olduğu KTMT ölkələrinin sirlərini ifşa etməlidir? Belə situasiyada qaz qiymətilə bağlı Ermənistanın qaldırdığı hay-həşir ən azı üçüncü dərəcəli görünür. Doğrudur, bu məsələ iqtisadiyyatla əlaqəlidir və bütövlükdə Ermənistandakı iqtisadi vəziyyət indi o qədər də ürəkaçan deyil. Amma erməni tərəfi bu problemin digər tərəfini başa düşməlidir: Rusiya olmasa, başqa dövlət Ermənistana qazı ən azı ikiqat qiymətə satacaq”.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
27.02.2020
“Romada keçirilən biznes forum biz iş adamları qarşısında geniş imkanlar açır”
25.02.2020
Koronavirus təhlükəsinə qarşı bütün tədbirlər həyata keçirilir
24.02.2020
Referendum Paşinyanın sonu ola bilər
19.02.2020
Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
18.02.2020
“Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info