Muğam Mərkəzində Xalq artisti Vəli Qədimovun xatirəsi yad edilib
Tarix: 23.01.2020 | Saat: 22:41:00 | E-mail | Çapa göndər



Yanvarın 23-də Beynəlxalq Muğam Mərkəzində məşhur klarnet ifaçısı, Xalq artisti Vəli Qədimovun 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşan gecədə əvvəlcə sənətkarın həyat yolunu əks etdirən videoçarx nümayiş olunub.
Gecədə sənətkarın həyat və yaradıcılığından söz açan sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib.
Bildirib ki, əslən balaxanılı olan Vəli Qədimov 14 yaşında tibb işçilərinin mədəniyyət evində Xalq artisti Zeynəb Xanlarova ilə işləməyə başlayıb.
1956-cı ildə məşhur müğənni Sürəyya Qacar onu indiki filarmoniyaya dəvət edir. O, 1970-ci ildə Baba Salahovun, 1983-cü ildə isə Xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı klarnet ifaçısı kimi fəaliyyət göstərib. Vurğulanıb ki, Xalq artisti Azərbaycan musiqisini ölkəmizdə və onun hüdudlarından kənarda layiqincə təmsil edib.
İfaçılığı ilə bütün dünyanı gəzən Vəli Qədimov 1987-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb.
2009-cu il aprelin 15-də uzun sürən xəstəlikdən sonra vəfat edən sənətkarın xatirəsi onu sevənlər tərəfindən daima əziz tutulur.
Xalq artistləri Aftandil İsrafilov, Ramiz Quliyev və digərləri çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşüblər.
Tədbir konsert proqramı ilə davam edib.
Konserti Xalq artisti Adil Bağırovun rəhbərliyi ilə AzTV-nin Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edib.
Gecədə Xalq artistləri Teyyub Aslanov, Ramiz Quliyev, Əməkdar artistlər Nuriyə Hüseynova, Akif Qürbətov, Təhmiraz Şirinov tərəfindən bir-birindən rəngarəng ifalar səsləndirilib.




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
“CinemaPlus” kinoteatrında “Bayi toplantısı”nın premyeradan öncə nümayişi keçirilib
24.02.2020
“The Jakarta Post”: Gözəl Bakı – məhəbbət və əfsanələr şəhəri
24.02.2020
“CinemaPlus”da Xocalıya həsr olunmuş filmin pulsuz nümayişi keçiriləcək
24.02.2020
“Sona Amal yaradıcılığı publisistikada” adlı kitab nəşr edilib
24.02.2020
Şah Mat Teatrı “İstehkam” tamaşasını təqdim edəcək

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info