Vüsal Qasımlı Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvləri ilə görüşüb
Tarix: 24.01.2020 | Saat: 14:25:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkil etdiyi işgüzar görüşdə məruzəçi kimi çıxış edib. "Azərbaycanda inklüziv və dayanıqlı iqtisadi artım üçün imkanların yaradılması" mövzusunda aylıq işgüzar görüş Palatanın İdarəedici direktoru xanım Zibər Hüseynovanın açılış nitqi ilə başlayıb. Ardınca, İdarə Heyətinin sədri xanım Teybə Quliyeva çıxış edərək iqtisadi islahatların uğurlu həyata keçirilməsində özəl sektor nümayəndələrinin məlumatlandırılması və dövlət sektoru ilə əməkdaşlığın vacibliyini vurğulayıb.
Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda inklüziv və dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün geniş iqtisadi islahatların həyata keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, dövlət və özəl sektorlar özəl investisiyaların artırılması, vergi və hüquqi idarəetmənin effektivliyini inkişaf etdirmək üçün birgə təşəbbüslə çıxış etməlidirlər. İcraçı direktor “Azərbaycanda inklüziv və dayanıqlı iqtisadi artım üçün imkanların yaradılması" mövzusunda təqdimatda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların uğurları və 2020-ci il hədəfləri barədə məlumat verib: “Dünyada iqtisadi artım tempi yavaşıdığı halda, son beş ildə Azərbaycanda iqtisadi artım tempi sürətlənir. Artımın sürətlənməsində həlledici amil iqtisadi, sosial, idarəetmə və kadr islahatlarıdır. İndi əsas məsələ daha yüksək artım tempinə və artımın dayanıqlılığına nail olmaqdır.
Bunun üçün biznes mühitinin yaxşılaşdırılması, institutsional təkmilləşmə, infrastrukturun yaxşılaşdırılması, özəl sərməyənin cəlbi, bazarlara çıxış və insan kapitalının inkişafı hökümətin əsas islahat gündəliyini təşkil edir. Əlverişli makroiqtisadi mühit və təşviq mexanizmləri, habelə gözləntilərin yaxşılaşması özəl sərmayənin təşviqini sürətləndirməyə hesablanıb. Bu baxımdan Azərbaycan Fransa kimi inkişaf etmiş iqtisadiyyata malik ölkə ilə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır. Təsadüfi deyil ki, 2018-ci il Fransanın Cənubi Qafqazın üç ölkəsi ilə ümumi ticarət dövriyyəsinin 62,4 faizi məhz Azərbaycanın payına düşüb. 2019-cu il Azərbaycandan ixracın 3%-i Fransaya həyata keçirilmişdir. Fransadan idxal olunmuş məhsullar isə ümumi idxalın 2.1%-ni təşkil edir. Azərbaycandan Fransaya ixrac olunan əsas məhsul xam neftdən başqa fındıq, meyvə, tərəvəz, xurma, şərab və s. məhsulların ixracını genişləndirmək mümkündür.”
İşgüzar görüş sual-cavab sessiyası ilə davam edib. Vüsal Qasımlı auditoriyadan gələn sualları cavablandırdı. Tədbir əyani tanışlıq sessiyası ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında qarşılıqlı iqtisadi və dostluq münasibətlərini inkişaf etdirməkdir. Palatanın missiyası üzvlərini unikal şəbəkələşmə imkanları ilə təmin etməkdir. Eyni zamanda, Palata məlumatlandırıcı və maarifləndirici rol oynamaqla, həm üzv şirkətlərə, həm də daha böyük biznes icmasına təsir edən aktual məsələləri hədəfləyərək hər ay rəsmi tədbirlər təşkil edir və üzv şirkətlərə Palatanın platforması vasitəsilə öz bizneslərini inkişaf etdirmək üçün yardım təklif edir. Hal-hazırda Palatanın 60-dan çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.




 
Bölməyə aid digər xəbərlər
23.02.2020
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar
22.02.2020
22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günüdür
22.02.2020
“Azeri Light”ın bir barrelinin qiyməti 60,21 dollara düşüb
22.02.2020
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22.02.2020
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
5 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info