Ermənistanda sosial obyektlər kütləvi şəkildə bağlanır
Tarix: 24.01.2020 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


“Qolos Armenii”: “Ölkədə doğum evlərinin, yaşlı və uşaq pansionatlarının bağlanması, sosial sahənin iflic vəziyyətdə olması dövlətin öz əsas funksiyalarının birindən imtina etməyə başladığını göstərir”

Bu gün Ermənistanın idarəetmə sistemində patoloji vəziyyət hökm sürməkdədir: yəni, hökumət üzvlərindən biri hər hansı bir müəssisəni bağlamaq niyyətinə düşür, digər bir hökumət üzvü isə onu saxlamaq niyyətində olduğunu bəyan edir.
Məsələn, bir müddət əvvəl səhiyyə naziri Arsen Torosyan Ermənistanın Kotayk vilayətindəki doğum evini bağlamaq niyyətində olduğunu bəyan edərkən, əyalətin icra sədri Romanos Petrosyan xəstəxananı administrasiyasının balansında saxlamaq niyyətində olduğunu bildirmişdi.
Maraqlıdır ki, ölkənin birinci şəxsi olan baş nazirin bu vəziyyətlə bağlı nə qədər məlumatlı olduğu bilinməsə də Paşinyan hökümətinin əhalinin həyatı ilə birbaşa əlaqəli məsələlərə razılaşdırılmış, ümumi yanaşması olmadığ dəqiqidir. Əgər, doğum evi standartlara cavab vermirsə, onu bağlamaq yox, təmir edib müasir avadanlıqlarla təmin etmək lazımdır.
“Qolos Armenii” saytı yazlr ki, səhiyyə naziri də başda olmaqla bu gün Ermənistan hakimiyyətində təmsil olunan “Soros uşaqları”nın əksəriyyəti hələ ki, bunu dərk edə bilməyiblər. Sayt Paşinyanın ölkədə israf olunan vəsaitlə bağlı komanda üzvlərinə ünvanladığı sualın cavabından o qədər də narazı qalmadığını bildirir. Sayt, ötən il Ermənistanda rahat yaşamaq və tam təhsil almaq üçün hər cür şəraiti olan 4 pansionat və 1 uşaq evini bağlayan Paşinyan, komanda üzvlərinin bu məsələdəki əsl niyyətini anlamamışdı. Komanda üzvləri bunu
uşaqları ailələrinə qaytarmaq kimi yaxşı niyyətlə əlaqələndirmişdilər. Amma saytın yazdığına görə, həmin internat məktəbləri bağlandıqdan sonra bu uşaqların əksəriyyəti təhsillərini davam etdirmək imkanlarını itiriblər. Başqa bir maraq kəsb edən məsələ isə hakimiyyətin ötən il yaşlı vətəndaşlar üçün bağladığı pansionata bu il də dördünün əlavə edilməsidir. Ən maraqlısı isə hökumətin bu addıma «pilot proqram» kimi don geyindirməsidir.
Saytın fikrincə, bu gün Ermənistanda «Soros uşaqları» kimi hakimiyyətdə təmsil olunan həm səhiyyə naziri Arsen Torosyan, həm də sosial işlər naziri Zarui Batoyanın atdığı addımlara cəmiyyət tərəfindən heç bir reaksiya verilməməsi, artıq cəmiyyətin dövlət dəstəyinə ehtiyacı olan qurumların kütləvi şəkildə baglanmasına öyrəşmələrindən xəbər verir. Bununla bağlı fikirlərini davam etdirən sayt yazır: «Bu gün erməni cəmiyyətində əhali, məqsədli şəkildə dövlət qurumlarının rolunu minimuma endirmə prosesinə uyğunlaşır. Beləliklə, ölkədə doğum evlərinin, yaşlı və uşaq pansionatlarının bağlanması və ümumiyyətlə digər neqativ hallar, sosial sahənin iflic vəziyyətdə olması dövlətin öz əsas funksiyasından - insanlara qayğı göstərməkdən imtina etməyə başlamasından xəbər verir”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.02.2020
Rustavidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
23.02.2020
Hulusi Akar vǝ Sergey Şoyqu arasında telefon danışığı olub
21.02.2020
“Paşinyan beynəlxalq aləmdə Ermənistanı rüsvay edir”
21.02.2020
Moskvada 2,5 mindən artıq şəxs koronavirus şübhəsi ilə karantinə götürülüb
20.02.2020
«Qolos Armenii»: “Münxen görüşü göstərdi ki, Paşinyan beynəlxalq hüququ və diplomatiyanı bilmir”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
5 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info