Aİİ “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda “Qış məktəbi” təşkil edir
Tarix: 24.01.2020 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 3 fevral 2020-ci il tarixdənQəbələ rayonunda “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda “Qış məktəbi” təşkil edəcək.
Fevralın 8-dək davam edəcək layihə çərçivəsində ümummilli lider Heydər Əliyevin Qəbələ rayonunda ucaldılan abidəsini, rayon Şəhidlər xiyabanını, Heydər Əliyev Mərkəzini, Konqres Mərkəzini, Qəbələ Arxeoloji Mərkəzini,Soltannuxa Kənd Türbəsini ziyarətlər vəCotari Kilsəsi ilə tanışlıqnəzərdə tutulub.
“Qış məktəbi” çərçivəsində tələbələr üçün “Azərbaycan multikulturalizminin siyasi-hüquqi əsasları”, “Dəyişən dünyada milli-mənəvi dəyərlər”, “Azərbaycanda xanəgahlar” və s. mövzularda məruzələrin,gənclərin dünyagörüşünün zənginləşdirilməsi, polemika qabiliyyətinin artırılması istiqamətində müxtəlif təlimlərin təşkil olunması nəzərdə tutulub. Eyni zamanda, “Qış məktəbi”ndə tələbələrin asudə vaxtının səmərəli təşkili üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Oxu”, “Vəhdət” və “Şəhadət” filmlərinin nümayişi və müzakirəsi təşkil olunacaq.
Azərbaycan İlahiyyat İnstitutu müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilmiş ali təhsil müəssisəsidir. İnstitut tələbələrinin elmə, təhsilə marağının artırılması və intellektual səviyyələrinin yüksəldilməsi, milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Qeyd edək ki, “Qış məktəbi”nin təşkili tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmaları baxımından xüsusi əhəmiyyət daşıyır.




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK
25.02.2020
Azərbaycan-Türkiyə sənədləri imzalanıb YENİLƏNƏCƏK
25.02.2020
Türkiyə Prezidenti: “Naxçıvan və Türkiyə arasında dəmir yolunun çəkilməsi önəmlidir”
25.02.2020
Ərdoğan: “Türkiyə və Azərbaycan arasında siyasi həmrəylik ən yüksək səviyyədədir”
25.02.2020
Çin lideri Azərbaycan Prezidentinə minnətdarlıq edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info