Tovuzda 3 ustanı elektrik cərəyanı vurması faktı ilə bağlı cinayət işi başlanıb
Tarix: 24.01.2020 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Yanvarın 23-də Tovuz rayonunun Əyyublu kəndində yerləşən “Polatyol Yapı” şirkətinin ərazisində həyata keçirilən tikinti işləri zamanı 3 nəfər ustanın elektrik cərəyanı vurması nəticəsində xəsarət alamaları faktı ilə bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış istintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə həmin şirkətin ərazisində aparılan yol-tikinti quraşdırma işləri zamanı ustalar - 1992-ci il təvəllüdlü Nihad Xudai, 1980-ci il təvəllüdlü Ayət Abduləzov və 1975-ci il təvəllüdlü Sulidin Abduləzov tikinti meydançasında olan qaldırıcı kranın yüksək gərginlikli elektrik naqilinə toxunması nəticəsində xəsarət alaraq Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdiriliblər.
Hazırda N.Xudainin vəziyyəti ağır, A.Abduləzov və S.Abduləzovun vəziyyəti isə orta-ağır qiymətlədirilməklə stasionar şəraitdə müalicələri davam etdirilir.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
SSRİ-nin sonuncu marşalı Dmitri Yazov vəfat edib
25.02.2020
Bakıda qardaşı polisi qətlə yetirdi
25.02.2020
Türkiyə futbolunda üzücü olay
25.02.2020
İstanbulda baş vermiş təyyarə qəzası ilə əlaqədar kapitan pilot həbs edilib
24.02.2020
Bakıda 83 yaşlı kişi arvadını bıçaqlayıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info