Bakının Baş planı ilin sonunadək hazır olacaq
Tarix: 24.01.2020 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakının Baş Planının hazırlanması prosesi davam edir.
Trend-in məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Komitə sədri Anar Quliyev deyib.
Onun sözlərinə görə, komitə tərəfindən 2018-ci ildə əməkdaşlığa cəlb olunmuş “BCG” nüfuzlu beynəlxalq məsləhətçi şirkətinin dəstəyi ilə hazırlanmış Bakının İnkişaf Konsepsiyası əsasında şəhərin Baş planının hazırlanması istiqamətində kompleks işlər 2019-cu ildə də qrafikə uyğun davam etdirilib:

"Keçirilmiş beynəlxalq tender vasitəsilə seçilmiş, qərargahı Almaniyada yerləşən tanınmış “AS+P” şəhərsalma şirkəti şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılmasına, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlərin görülməsinə başlayıb. Bakının baş planının hazırlanması prosesinin əlaqələndirilməsi məqsədilə Komitə tərəfindən yaradılmış qurumlararsı işçi qrupun hesabat dövründə keçirilmiş 4 geniş tərkibli iclası və 70-ə yaxın ikitərəfli görüşlər nəticəsində beynəlxalq və yerli ekspertlərin şəhərin gələcək inkişafının əsas prinsiplərinə dair irəli sürdüyü təşəbbüslər müzakirə edilib, paytaxtın əsas şəhərsalma yanaşmaları razılaşdırılıb. Bakı şəhərinin Baş planının layihəsi üzərində işlərin cari ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur".
Qeyd edək ki, 2019-cu ildə Şəmkir, Göygöl, Xaçmaz, Salyan, Masallı, Tovuz, Quba və Biləsuvar şəhərlərinin baş planları Nazirlər Kabineti tərəfindən təsdiq edilib




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK
25.02.2020
Azərbaycan-Türkiyə sənədləri imzalanıb YENİLƏNƏCƏK
25.02.2020
Türkiyə Prezidenti: “Naxçıvan və Türkiyə arasında dəmir yolunun çəkilməsi önəmlidir”
25.02.2020
Ərdoğan: “Türkiyə və Azərbaycan arasında siyasi həmrəylik ən yüksək səviyyədədir”
25.02.2020
Çin lideri Azərbaycan Prezidentinə minnətdarlıq edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info