Braziliya prezidenti “hindilərın təkamülü“ sözlərinə görə məhkəməyə verilə bilər
Tarix: 25.01.2020 | Saat: 03:07:00 | E-mail | Çapa göndər


Braziliya Hindi Xalqları Assosiasiyası (BHXA) ölkə prezidenti Jair Bolsonarunu məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb. Cənubi amerika respublikasının aborigen xalqlarının maraqlarını təmsil edən bu təşkilat, dövlət başçısının son açıqlamalarını irqçi hesab edib.

Trend-in məlumatına görə, BHXA-nın liderlərindən biri Sonia Quajajara "Twitter" səhifəsində yazıb: "Braziliya Hindi Xalqları Assosiasiyası irqçi cinayət hesab etdiyi ifadəyə görə Jair Bolsonarunu məhkəməyə verəcək. Biz bu diyarın yerli xalqı olaraq hörmət tələb edirik! Bolsonaru bir daha bizim bəşər övladı mənsubiyyətimizi inkar edərək konstitusiyanı pozub".
Rezonans doğuran açıqlama, Braziliya liderinin yanvarın 23-də, Facebook-da ənənəvi həftəlik onlayn yayımlaması zamanı istifadə edilib: "Hindilər dəyişib, onlar təkamülləşirlər ... ... Hindilər getdikcə daha çox insan olmağa başlayır - bizimlə eyni. Buna görə də biz hindilərin cəmiyyətə inteqrasiyasını və öz torpaqlarına həqiqi sahib çıxmalarını təmin edəcəyik".
Yaranan mübahisə Braziliya liderinin ölkənin yerli əhalisinin nümayəndələri ilə ilk konflikti deyil. 2019-cu ilin sentyabr ayında BMT Baş Assambleyasının 74-cü sessiyasının xarici siyasət müzakirələrini açan zaman Bolsonaru Kayapo hindilərinin lideri Roani Metuktireni Amazoniyada öz məqsədlərini həyata keçirən `xarici dövlətlərin vasitəsi` adlandırıb. Siyasətçinin sözlərinə görə, bu ölkələr hindilərdən deyil, "torpaqlarda olan təbii sərvətlər və bölgənin bioloji resursları" barədə narahatdırlar.




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK
25.02.2020
Azərbaycan-Türkiyə sənədləri imzalanıb YENİLƏNƏCƏK
25.02.2020
Türkiyə Prezidenti: “Naxçıvan və Türkiyə arasında dəmir yolunun çəkilməsi önəmlidir”
25.02.2020
Ərdoğan: “Türkiyə və Azərbaycan arasında siyasi həmrəylik ən yüksək səviyyədədir”
25.02.2020
Çin lideri Azərbaycan Prezidentinə minnətdarlıq edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info