Azərbaycan nümayəndə heyəti AŞ PA-nın qış sessiyasında iştirak edəcək
Tarix: 25.01.2020 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


Yanvarın 27-dən 31-dək Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək.
Milli Məclisdən verilən məlumata görə, sessiyada Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rafael Hüseynov, Asim Mollazadə, Sabir Hacıyev və Naqif Həmzəyev daxildirlər.
Sessiyada Büronun və Daimi Komitənin görülmüş işlərə dair hesabatı dinləniləcək, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri, Polşada demokratik institutuların fəaliyyəti, Avropada jurnalistlərin təhlükəsizliyi və media azadlığı və digər mövzularda müzakirələr aparılacaqdır.
Müzakirələrdə deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.
Sessiya çərçivəsində yanvarın 28-də Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir də keçiriləcəkdir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.02.2020
Azərbaycan Antiqua və Barbudaya yardım edib
19.02.2020
Azərbaycanda parlament seçkiləri İsveçrə mətbuatında işıqlandırılıb
19.02.2020
4 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib
19.02.2020
Ermənilər atəşkəsi 21 dəfə pozublar
18.02.2020
Bako Saakyan hətta “QHT” səviyyəsinə çata bilməyib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
3 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
4 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”
5 Ukrayna televiziyalarında erməni işğalı haqqında məlumat verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info