“Anladım ki, artıq bu ölkədə müsəlman olaraq qala bilməyəcəyəm“
Tarix: 26.01.2020 | Saat: 03:00:00 | E-mail | Çapa göndər



"Thewire" Hindistan xəbər saytına müsahibə verən aktyor ötən ilin dekabrından ölkədə şiddətli etirazlara səbəb olan mübahisəli qanuna toxunaraq deyib...


Hind kinosunun (Bollywood) tanınmış aktyoru və rejissoru, 69 yaşlı Nasiruddin Şah ölkədə yaşanan son proseslərlə bağlı Hindistanda müsəlman olaraq qala bilməyəcəyini anlamağa başladığını söyləyib.

"Thewire" Hindistan xəbər saytına müsahibə verən aktyor ötən ilin dekabrından ölkədə şiddətli etirazlara səbəb olan mübahisəli qanuna toxunaraq deyib: “70 yaşımda Hindistanda müsəlman olaraq qala bilməyəcəyimi anlamağa başladım. Ölkənin mövcud vəziyyəti xəyal qırıqlığı yaşadır. Hindistan gənclərinin mövcud hadisələrə səsləri yüksəltmələri həyəcanvericidir. Film sektorundakı gənc aktyor və rejissorlar belə bu qanuna qarşıdır. Məşhur “Bollywood” ulduzlarının səssizliyinə isə təəccüblənmirəm. İtirəcək çox şeyləri olacaqlarını hiss edirlər."

Qeyd edək ki, Hindistanın müxtəlif əyalətlərində 2014-cü ilin 31 dekabrından ölkəyə girən və müsəlman olmayanlara vətəndaşlıq verən, ancaq müsəlmanları bu haqdan kənarda tutan qanuna 2019-cu ilin dekabr ayından etiraz bildirilir.
Əli Babayev




 
Bölməyə aid digər xəbərlər
20.02.2020
Azərbaycan–Ukrayna ədəbi əlaqələri genişlənir
19.02.2020
Türk dünyasının görkəmli şairi Kojogeldi Kuluyevin yubileyi qeyd olunub
19.02.2020
“Haqq mənəm” tamaşası nümayiş olunub
19.02.2020
“Gürcüstan-Azərbaycan dostluğu nəsildən-nəslə” adlı sərgi
18.02.2020
“CinemaPlus”dan sərfəli aksiya

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
3 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
4 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”
5 Ukrayna televiziyalarında erməni işğalı haqqında məlumat verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info